Gündəm
Deputatın məsələsi komissiyada müzakirə olunacaq
Milli Məclisin deputatı Astan Şahverdiyev mətbuata açıqlamasında Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırması ictimai qınağa səbəb olub.
İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror qruplaşması Dağıstanda polisə hücuma görə, məsuliyyəti üzərinə götürüb. Bu barədə yaraqlıların şəbəkədəki fəallığını izləyən SITE saytında məlumat verilib. İlk hücum dekabrın 25-nə keçən gecə Mahaçqala - Kaspiysk şosesində polis patrulu xidmət başında olarkən baş verib. İki polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Dekabrın 25-də səhər saatlarında isə onların öldüyü məlum olub. İkinci hücum da dekabrın 25-nə keçən gecə, Qızılyurdda baş verib. Naməlum şəxslər şəhərin girişində yerləşən polis postunu atəşə tutublar. Report.az
Almaniyada bombanın zərərsizləşdirilməsi üçün 50 mindən çox insan təxliyə edilib
Almaniyada İkinci dünya müharibəsindən qalan bombanın zərərsizləşdirilməsi əməliyyatı çərçivəsində 50 mindən çox insan təxliyə olunub.
Ermənistanı fəlakət gözləyir - Yanvar-noyabr aylarında
Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi aktivlik indeksi 0,6 faiz təşkil edib.
Ən təhlükəli həbsxanada gözəllik müsabiqəsi keçirildi
Dünyanın ən təhlükəli, qorxulu və məhbusların sayına görə ən sıx həbsxanası sayılan "Quezon City Jail"də gözəllik müsabiqəsi keçirilib. Filippinin paytaxtı Manilada yerləşən bu həbsxanada təşkil olunmuş "Miss Universe" adlı müsabiqəyə bir transseksual və 11 homoseksual məhbus qatılmışdı. Həbsxanadakı 12 bandanın hər biri müsabiqəyə bir "gözəl"lə qatılmaq qərarına gəlmişdilər. Keson həbsxanası 800 məhbus üçün nəzərdə tutulsa da, burada 3800 məhbus cəza çəkir. Onlar kameralarda, həyətdə, hətta pilləkənlərdə növbə ilə yatırlar. Milli.az
Baş epidemioloq: "Azərbaycanda qriplə bağlı vəziyyət stabildir"
Azərbaycanda qriplə bağlı vəziyyət stabildir. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür. Baş epidemioloq qeyd edib ki, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur: “Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər. Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur”.
Axtarış-xilasetmə Qərargahı yeni məlumat yaydı
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlıq qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə, uzunluğu 145 km, eni isə 120 km olan geniş ərazidə fasiləsiz olaraq axtarış – xilasetmə əməliyyatları davam etdirilməkdədir.
Palmira yaxınlığında İŞİD-in 25 üzvü zərərsizləşdirilib
Suriya ordusu Palmira şəhərinin qərbində İŞİD terror təşkilatının 25 üzvünü zərərsizləşdirib. Məlumata görə, toqquşma silahlı qruplaşmanın ələ keçirməyə çalışdığı hərbi aerodrom yaxınlığında qeydə alınıb. Suriya hərbçiləri İŞİD-in hücumunun qarşısını ala bilib.
İkinci cəbhə açılır: Türkiyə-İran müharibəsi qapıda
Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlibdir. Bu barədə “Yeni Şafak” qəzeti etibarlı mənbələrə istinadən yazıb.
Müraciətlərin sayı 5,3 faiz artıb
Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 1 milyon 925 min 253 dəfə müraciət edilib ki, bu da ötən ilin eyni dövrü ilə 5,3 faiz çoxdur.
Avtobusun vurduğu piyada ölüb
Dekabrın 25-də saat 07 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Balaxanı qəsəbə sakini Qabil Ələkbərov idarə etdiyi "Otoyol" markalı 105 saylı xətt avtobusu ilə yolu keçən Lerik rayon sakini Zəminə Əliyevanı vurub. Daxili İşlər Nazirliyindən verilən məlumata görtə, piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Qanunsuz ceyran ovlayan mühafizəçilər saxlanıb
Azərbaycanda qanunsuz ceyran ovu ilə məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.
Ölkəyə külli miqdarda pirotexniki məmulatların keçirilməsinin qarşısı alınıb
Azərbaycanın gömrük xidməti orqanlarının əməkdaşları tərəfindən 53 000 ədəddən artıq müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər.
Daun sindromlu uşaqların xeyriyyə sərgisi keçirilib
Gənclər üçün Təhsil Mərkəzi və Göyçay İnkişaf Mərkəzi birgə əməkdaşlıq çərçivəsində “Qəlblərimizlə Döyünən Nar Dənələri” adlı daun sindromlu uşaqların xeyriyyə sərgisini təşkil edib. “OLAYLAR”-ın xəbərinə görə, AZNAR QSC –nin və “Sağlam Ailə” Tibb Mərkəzi-nin dəstəyi ilə Park Bulvar AVM-də keçirilən xeyriyyə aksiyasının əsas məqsədi aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan daun sindromlu uşaqları bir araya gətirərək onlara diqqət və qayğı nümayiş etdirmək və birgə bayram sevincini paylaşmaqdır.
“Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib
Bu günlərdə “Neft Daşları” yatağındakı 1637A saylı meydançada 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, quyu Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1010-1005 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.













