Gündəm

Əsgərin ölümü ilə bağlı cinayət işinin istintaqı yubadılır

26 Dekabr 2016 12:33

Ermənistan ordusunun ön xətt bölməsində qulluq edən əsgəri Qevork Xaçatryanın ölüm faktı ilə bağlı cinayət işinin araşdırılması bir ildən artıqdır davam edir və hələ də başa çatmayıb.

Ağaxan Abdullayevlə vida mərasimi keçirilir

26 Dekabr 2016 12:28

Suraxanı Mədəniyyət Evində məşhur xanəndə, xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilir. Vida mərasimində mərhumun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edir. Məclisdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak edəcəyi gözlənilir. Mərhum Türkan qəbiristanlığında dəfn olunacaq.

Azərbaycanda qayda pozan piyadalar həbs olunacaq - Qanun dəyişir

26 Dekabr 2016 12:27

Azərbaycanda qayda pozan piyadaları həbs gözləyir. Bununla bağlı yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyə yaxın zamanlarda dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda qanunvericliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanır. Təkliflərin gələn il Milli Məclisə təqdim ediləcəyi gözlənilir.

Məktəblilərin şahmat turniri başa çatıb

26 Dekabr 2016 12:24

275 saylı tam orta məktəbdə ölkə prizdenti İlham Əliyevin doğum günü münasibəti ilə ənənəvi şahmat turniri başa çatıb. “Olaylar” xəbər verir ki, yarışlar iki qurupda keçirilib. 1-ci qrupda 22 şahmatçı mübarizə aparıb. Emil Əzizov birinci, Sehri Məmmədzadə ikinci, Pirov Asif üçüncü yeri tutublar. ll qrupda isə 14 şahmatçı mübarizə aparıb. Oyunun nəticələrinə görə, Musa Qurbanov birinci, Raul Nəsibov ikinci, Murad Baxşıyev və Kamran Musayev üçüncü və dördüncü yerləri bölüşüblər.

Sayca 6-cı yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır

26 Dekabr 2016 12:23

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, cari ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb. Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.

Ermənilər atəşkəs rejiminə əməl etmir

26 Dekabr 2016 12:21

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Özünü yandıran kişi xəstəxanada ölüb

26 Dekabr 2016 12:20

Qaradağ rayonunda özünü yandıran kişi xəstəxanada ölüb. Bu barədə Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, dekabrın 11-də rayon sakini, 60 yaşlı Xudaverdi Musayev intihar məqsədi ilə özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən X. Musayev ötən gün xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

200 dollar satan 148 manat cərinə olundu

26 Dekabr 2016 12:19

Paytaxtda valyuta mübadiləsi aparan daha bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qnyaz Mamedov rayon ərazisində 200 ABŞ dollarını qanunsuz satdığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 148 manat cərimə edilib.

Nəsimi rayonunda uşaqlar üçün bayram tədbiri keçirilib 

26 Dekabr 2016 12:17

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən, həmçinin 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər olmaqla, ümumilikdə - 500 nəfər məktəblinin Bakı Dövlət Sirkində bayram tədbiri təşkil edilmişdir.

Bakıda mənzillərə çağırılan Şaxta baba və Qar qızın sifarişi üçün dövlət rüsumu açıqlandı

26 Dekabr 2016 12:14

Bakıda yeni il şənlikləri ilə əlaqədar mənzillərə çağırılacaq Şaxta baba və Qar qızın sifariş qiyməti müəyyən edilib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin səlahiyyətləri artırıldı

26 Dekabr 2016 12:12

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Qəzada ölən sənətçinin son mesajı KÖVRƏLTDİ

26 Dekabr 2016 12:09

Ötən gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində, böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb. Təyyarədə olanlardan biri də sənətçi Dimitry Litvyakovdur. Dmitrinin həyat yoldaşı mətbuata onun son yazdığı mesajını açıqlayıb.

Meksikada 6 kəsilmiş insan başı tapıldı

26 Dekabr 2016 12:06

Meksikanın qərbində bir neçə qanlı cinayət hadisəsi törədilib. Miçoakan ştatının Xikilpan-de-Xuares şəhərində 6 kəsilmiş insane baş tapılıb. Qonşu Gerrero ştatının Atoyak-de-Alvares şəhərində isə 7 nəfərdən ibarət ailə öldürülüb. Yerli polis orqanları silsilə cinayətləri ərazidə fəaliyyət göstərən narkokartellər arasındakı nüfuz savaşı ilə əlaqələndirir. Modern.az

Çindən ABŞ-a ETİRAZ NOTASI

26 Dekabr 2016 12:01

Çin ABŞ-a etiraz notası ünvanlayıb. Buna səbəb Amerikanın hərbi büdcəsinə Tayvanla hərbi əməkdaşlıq proqramının daxil edilməsidir. Artıq, həmin büdcə Barak Obama tərəfindən imzalanıb. Sənəddə Pentaqonun ABŞ-la Tayvan arasında ən yüksək hərbi əməkdaşlığı barədə razılaşması sazişi təsdiq olunub.  

Dağlıq Qarabağ probleminin arxa plana çəkilməsinin SƏBƏBLƏRİ

26 Dekabr 2016 11:59

“Ermənistan anlayır ki, Rusiya ilə Türkiyə münasibətlərinin istiləşməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına təsir göstərə bilər.  Bu baxımdan da onlar arasında münasibət pisləşdikdə çalışır ki, vəziyyət daha da pik nöqtəyə çatsın və  düşmən ölkə Rusiya vasitəsilə Türkiyəyə saxta soyqırımını qəbul etdirsin”. Bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.