Gündəm

Robota aşiq oldu və evlənmək istəyir

26 Dekabr 2016 11:57

Robotlarla insanların eşq əlaqəsi yaşadığı səhnələrə fantastika filmlərində rastlayırdıqsa, bu, artıq real həyatda da gerçəyə döndü. Fransada yaşayan bir qadın "Twitter"də ölkəsinin qanunlarının icazə verəcəyi təqdirdə robotla evlənəcəyini deyib.

Bileti əvvəlcədən almaq məsləhətdir - 20 minə yaxın sərnişin daşınacaq

26 Dekabr 2016 11:56

Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcəkdir. Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.

Ermənistan prezidenti Rusiyaya işgüzar səfərə yollanıb

26 Dekabr 2016 11:54

Ermənistan prezidenti Serj Sarqsyan Sankt-Peterburqa işgüzar səfərə yola düşüb. Bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. S.Sarqsyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının və AİB Ali İqtisadi Şurasının sessiyalarında iştirak edəcək. Report.az

Yaponiya nüvə tullantılarını 5 min metr dərinlikdə basdırmağı planlaşdırır

26 Dekabr 2016 11:52

Yaponiyanın hökumət dairələrinə yaxın Dəniz Gelogiyası Elmləri və Texnologiyalar Agentliyi (JAMSTEC) radioaktiv tullantıların təqribən 5 min metr dərinlikdə basdırılmasının mümkünlüyünü araşdıracaq.

Pakistan İsraili nüvə silahı ilə hədələdi

26 Dekabr 2016 11:48

İsrail və Pakistanın rəsmi şəxslərinin adından “Facebook”da bəyanatlar ortaya çıxıb. Bu haqda “The Guardian” nəşri bildirib. Pakistanın müdafiə naziri Havadja Məhəmməd Asif İsrailə kəskin formada xatırladıb ki, onun ölkəsinin də nüvə silahı var. “İsrailin müdafiə naziri Suriyada İŞİD-ə qarşı mübarizədə Pakistanın güman edilən rolu ilə əlaqədar nüvə təhdidi edib. İsrail Pakistanın da nüvə silahına malik olduğunu unudur”, - deyə pakistanlı nazir yazıb. Belə sərt cavab isə İsrailin müdafiə naziri Aviqdor Libermanın bəyanatından sonra verilib. Dekabrın 20-də "AWD News" saytında çıxan xəbərə görə, nazir Pakistanın istənilən bəhanə altında Suriyaya qoşun göndərəcəyi halda, onu nüvə zərbəsi ilə məhv edəcəklərini bildirib. Pakistan 1998-ci ildə nüvə dövlətləri klubuna qoşulub. İsrail isə nüvə silahına malik olduğunu rəsmən nə təsdiq, nə də təkzib edib. İsrail və Pakistan arasında diplomatik münasibətlər yoxdur. Publika.az

"Azərbaycanla qarşılaşma ən yaddaqalan oyunlardandı"

26 Dekabr 2016 11:45

Millidəki ilk oyunum uğurlu alınıb. Bu üzdən Azərbaycanla qarşılaşma yığma karyeramın ən yaddaqalan görüşlərdən biridi. Bu sözləri Qazaxıstan millisinin sabiq futbolçusu Marat Xayrullin deyib. "Aktobe"nin futbolçusu vətənində verdiyi müsahibədə 11 oyunluq yığma karyerasından danışıb. Marat bildirib ki, Azərbaycan millisi ilə qarşılaşmadakı debütü unudulmaz oyunlardandı: "Biz rəqibimizi Astanada qəbul edirdik. Stadion tam dolmuşdu. Həmin görüşdə 2:1 hesabı ilə qalib gəldik. Qollardan birinin də ötürməsini mən verdim".

Əlində İŞİD bayrağı olan şəxs sərhəddi keçdi - Ölkə əhalisi narahatdır

26 Dekabr 2016 11:39

Almaniya əhalisi ötən həftə Berlində baş verən terraktdan sonra indi də sosial şəbəkələrdə yayılan görüntülərə görə narahat olub. Terrorçu kimi geyinib, əlinə İŞİD bayrağı alan şəxs Almaniyaya keçdiyi anları videoya çəkib, sonra da internetə yükləyib. Danimarka Almaniya sərhəddini keçən Vlad Tapes ləqəbli şəxsin əlində silah da olub. Vlad Tapes videonu sosial şəbəkəyə yükləyərək iki ölkə arasındakı sərhəddə təhlükəsizliyin yox dərəcəsində olmasını göstərib.

Dəhşətli qasırğa gəlir: 76 min insan təxliyə edildi

26 Dekabr 2016 11:31

Filippinin Luzan adasındakı Albay əyalətində 76 min 399 nəfər insan təhlükəsiz bölgəyə təxliyə edilib. İnsanların təxliyə edilməsinə səbəb Nina qasırğasıdır. Axşam saatlarında quruya çatması gözlənilən Nina qasırğasının sürəti saatda 185 kilometrə qədər çatır. Filippin Dövlət Metereologiya bürosu qasırğanın Catanduanes adası və əyalətində 220 km/saata çatacağını bildirib. Qeyd edək ki, Filippində 2013-cü ildəki Haiyan qasırğası 6 mindən çox insanın ölümünə, 4 milyon insanın isə evsiz qalmasına səbəb olmuşdu. Axar.az

Türkiyədən son həmlə: 500 “terrorçu ovçusu” sərhədi keçdi

26 Dekabr 2016 11:26

“Mehmetcik” Suriyanın Əl Bab mahalında İŞİD-ə son zərbəni vurmağa hazırlaşır. Kayseri 1-ci Komando Briqadasından 500 komando Əl Baba göndərilib. Ölkənin cənubi-şərqi və şərqində PKK terror təşkilatına qarşı əməliyyat təcrübəsi olan Kayseri 1-ci Komando Briqadası “terrorçu ovçusu” adlanır. Mahalda ən strateji yeri olan Akıl dağını İŞİD-dən təmizləyən Türkiyə ordusu və Azad Suriya Ordusu Əl Babı tamamilə mühasirəyə alıb. Şimal və qərb istiqamətində kənar məhəllələrinə girən birliklər terrorçu kamikadzelərin hücumlarına qarşı tədbirlər görməkdədir. Son məlumatlara görə, Hələbdən çıxarılan Azad Suriya Ordusunun 1400 əsgəri də Əl Baba gəlib. Publika.az

Siyəzəndə torpaq sürüşməsi 3 evə ziyan vurub

26 Dekabr 2016 11:20

Siyəzən rayonunda torpaq sürüşməsi baş verib. Rayonun Səədan kəndində baş verən torpaq sürüşməsi 3 evə ziyan vurub. Bu barədə Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev məlumat verib. Onun sözlərinə görə, rayon mərkəzindən 8 km aralıda yerləşən kənddə torpaq sürüşməsi 3 yaşayış evinə, eləcədə yola ziyan vurub, yolda çatlar əmələ gəlib. Z.Əliyevin sözlərinə görə, əraziyə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları baxış keçiriblər. Hər iki nazirliyinin əməkdaşları müvafiq rəylərini hazırlayıb, aidiyyatı qurumlara təqdim ediblər. Apa.az

Hindistanda dini bayramda 40 nəfər xəsarət alıb

26 Dekabr 2016 11:18

Hindistanda dini bayramda yaranan izdihamda 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb. İnsident ölkənin cənub-qərbində, Sabarimala şəhərində qeydə alınıb. Bundan əvvəl 25 nəfərin xəsarət aldığı, üç nəfərin vəziyyətinin ağır olduğu bildirilirdi.

5 gün iş olmayacaq

26 Dekabr 2016 11:15

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Ancaq 2016-cı il 31 dekabr tarixi şənbəyə, 1 yanvar 2017-ci il tarixi bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3, 4 yanvar qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür. Apa.az

Prezident İlham Əliyev və xanımı "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olublar

26 Dekabr 2016 11:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olublar. Dövlət başçısına və xanımına "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. AZƏRTAC

Prezident İlham Əliyev və xanımı Bakıda yeni salınmış parkın açılışında iştirak ediblər

26 Dekabr 2016 11:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış oldular. AZƏRTAC

Prezident İlham Əliyev və xanımı açılışında iştirak ediblər - YENİLƏNİB

26 Dekabr 2016 11:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsdi. AZƏRTAC