Gündəm
Məlumatları oğurlamaq istəyən cərimələnib
Ermənistan məhkəməsi Müdafiə Nazirliyinin hərbi hissənin kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi məlumatları oğurlamağa cəhd göstərən hərbçini cərimələyib.
Təyyarənin qəza səbəbləri açıqlanıb
"Tu-154" təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri təyyarənin texniki vəziyyəti və ya pilot səhvi ola bilər. Bu barədə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov brifinqdə bildirib. Nazir hava gəmisinin qəzaya uğraması ilə əlaqədar yaradılan hökumət komissiyasına rəhbərlik edir. Onun sözlərinə görə, Soçidə qəzaya uğrayan "Tu-154" təyyarəsində terror aktı törədilməsi versiyası prioritetlər arasında deyil.
Milad itkisi: Corc Maykl vəfat etdi
Dünyanın ən məşhur müğənnilərindən biri, 53 yaşlı britaniyalı Corc Maykl vəfat edib. Əsl ad və soyadı Georgios Kiryakos Panayotu olan müğənni İngiltərənin Oksfordşir qraflığındakı Qorinq şəhərindəki evində keçinib.
Lukaşenko Rusiya səfərindən imtina etdi
Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi ittifaqı Şurası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək iclasında iştirak etməyəcək.
Hadisə Bakıda 2 saata 500 min qazanacaq - YENİ RƏQƏMLƏR
Türkiyəli məşhurların Yeni il gecəsi səhnəyə çıxdıqlarına görə qazanacaqları pulların məbləği açıqlanıb. Ən çox qonorarı Yeni ildə səhnəyə çıxdığına görə meqastar Tarkan alacaq. O, bir neçə saat ərzində 600 min lirə qazanacaq.
Muğanlı-İsmayıllı yolunda hərəkəti iflic oldu
Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda avtomobillərin hərəkətini iflic edib, gecədən səhərədək bir neçə avtomobil yolda qalıb. Bu yoldakı dolaylarda təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq "İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür və nəqliyyatın hərəkəti qismən bərpa olunub.











.jpg)


