Azərbaycana Kubadan TƏKLİF - Neft layihələrində iştirakla bağlı



Meksika körfəzinin Kubaya məxsus hissəsində tədqiq edilməmiş neft yataqları var və Azərbaycan şirkətləri həmin yataqların işlənməsi prosesində iştirak edə bilərlər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv olaraq Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Səfir bildirib ki, energetika sahəsində ixtisaslaşmış Azərbaycan şirkətləri Kubanın enerji layihələrində müstəqil olaraq, eləcə də beynəlxalq konsorsiumların tərkibində iştirak edə bilərlər.

Diplomatın sözlərinə görə, Kuba eləcə də Azərbaycanın ali məktəblərində, xüsusən energetika sahəsi üzrə öz kadrlarının təhsil alaraq ixtisaslaşmasında maraqlıdır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31