Bina uçdu: ölənlər var



Nigeriyanın Laqos şəhərində inzibati bina uçub.

 APA-a xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

İnsidentin polisə məxsus təlim mərkəzində baş verdiyi bildirilir.

Hadisə yerində axtarış-xilasedici əməliyyatlar davam etdirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, dekabrın 11-də ölkənin cənub-şərqində kilsənin uçması nəticəsində 100-dən çox insan həyatını itirmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31