Bileti əvvəlcədən almaq məsləhətdir - 20 minə yaxın sərnişin daşınacaq
Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcəkdir. Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.
26 Dekabr 2016 11:56 SosialBakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcəkdir. Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb: "Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir".
Ş.Mehmanqızı bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almağı tövsiyə edib: "Biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 012 4804286 nömrəli və Bakı Beynəlxalq Avtovağzalının 012 4997038 nömrəli "Qaynar Xətt"lərinə müraciət etmək olar". Milli.az