Nəsimi rayonunda uşaqlar üçün bayram tədbiri keçirilib
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən, həmçinin 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər olmaqla, ümumilikdə - 500 nəfər məktəblinin Bakı Dövlət Sirkində bayram tədbiri təşkil edilmişdir.
26 Dekabr 2016 12:17 SosialNəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən, həmçinin 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər olmaqla, ümumilikdə - 500 nəfər məktəblinin Bakı Dövlət Sirkində bayram tədbiri təşkil edilmişdir. "Olaylar" xəbər verir ki, bayram tədbirində "Hindistan fili və dostları" proqramından əvvəl Şaxta baba və Qar qız Yeni il yolkası ətrafinda uşaqlarla görüşmüş, onlarla söhbət edərək rayon İcra hakimiyyəti tərəfindən hazırlanmış bayram hədiyyələrini təqdim ediblər. Bayram tədbiri uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.