Gündəm
Rahidə Baxışova Parisə niyə gedib? - FOTOLAR
Müğənni Rahidə Baxışova həmkarı Səidə Sultanla birgə Fransaya yola düşüb. Olaylar.az-a açıqlama verən R.Baxışova bildirib ki, o Parisdən sonra İtalyanın Milan şəhərinə yola düşəcək: “Həmkarım Səidə ilə Parisdəyik. Hələ burada bir neçə gün qalmağı düşünürük. Yeni ildən sonra yaradıcılığımda bir çox yeniliklər olacaq. Yola salmağa hazırlaşdığımız 2016-cı ildə uğurlarım çox olsa da, çox pis itkilərim də oldu. Artıq yeni ildən daha da böyük layihə ilə sevənlərimin qarşısına çıxacam. Yeni mahnılar ifa etmişəm, onları da yeni ildə dinləyicilərin ixtiyarına verəcəm. Bundan başqa tam fərqli bir fotosessiya da etdirmişəm”.
Azercell-dən “Yeni Il 2017” kampaniyası
Azercell Telekom MMC yeni il münasibəti ilə yeni sərfəli kampaniyalar və unikal xidmətlər ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət bu münasibətlə abunəçilərinə hazırladığı “Yeni Il 2017” kampaniyasını təqdim edir. “Yeni Il 2017” kampaniyası abunəçilərə həm 2 fərqli 4g smartfon seçimi, həm də sərfəli danışıq fürsəti verir. Belə ki, 26 Dekabr 2016-cı ildən etibarən Azercell abunəçiləri “Yeni Il 2017” kampaniyasına qoşularaq, 1 il ərzində ayda sadəcə 25AZN ödəməklə Lenovo 2016 + 5GB internet və ya ayda cəmi 45AZN ödəməklə General Mobile 5+ smartfonu + 5GB internet əldə edəcəklər. Bununla yanaşı, kampaniya abunəçiləri ölkə daxilində sərfəli danışmaq imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri, Azercell Express-lərə və Bakı Diler Şəbəkəsinə müraciət etməlidirlər.
Vergi amnistiyası kimlərə tətbiq ediləcək?
Dekabrın 26-da Vergilər Nazirliyində “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun layihəsinin izahına həsr edilmiş brifinq keçirilib.
ETSN: Ölkədəki sürüşmə sahələri aktivləşib
Azərbaycanda sürüşmə sahələrində monitorinq işləri davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib ki, monitorinqlərin ilkin nəticələrinə əsasən, respublikada mühüm sürüşmə sahələrində aktivlik müşahidə olunur.
Rusiyada təyyarə qəzasında həlak olanların ailələrinə təzminat ödəniləcək
Rusiya Müdafiə Nazirliyinin Soçidə qəzaya uğramış təyyarəsində həlak olanlardan 10 nəfərin meyidi Moskvaya gətirilib. Yaxın vaxtlarda meyitlər genetik ekspertizadan keçiriləcək. Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov bildirib ki, qəzada həlak olanların ailələrinə 5,8 milyon rubl təzminat ödəniləcək. Hazırda bununla bağlı sənədlər hazırlanır.
Rusiyada təyyarə qəzasına nə səbəb oldu?
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Soçidə qəzaya uğrayan Tu-154 tipli təyyarələrin qalıqlarına baxış keçirərkən terror və ya diversiya əlamətləri aşkarlamayıb. Bu barədə "Rİa Novosti" xəbər verir.
İran nümayəndə heyəti Azərbaycana səfər edib
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycanda səfərdə olacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək. İran nümayəndə heyəti səfər zamanı həmçinin, Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.
Ermənistanda vətəndaş müharibəsi başlandı və yaxud...
Ermənistanda çoxdan gğözlənilən daxili siyasi vəziyyət yenidən gərginləşib. Xarici kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, ötən gün Ermənistanda bir qrup şəxslə polis arasında şiddətli qarşıdurma yaşanıb. Belə ki, bir qrup şəxs polis qərərgahına hücum edərək bir polisi öldürüblər.
Nəvələrimiz bizi qınayacaq …
Hər ikisi bir yerdə olsa, daha yaxşıdı. Təəssüf ki, həmişə belə olmur. Bəzən istedadlı bir adam qara niyyətli və mənfi enerjili olur. O ki qaldı mənə, çalışıram ki, qara fikirlərdən uzaq olum. İnsan içində müsbət enerji gəzdirirsə, son dərəcədə rahat olur və yaradıcılıq impulsları daim təzələnir. Yazmaq da asan və rahat olur.
Tarix Muzeyi Həmrəylik gününə həsr olunmuş tədbir keçirəcək
Dekabr ayının 27-də saat 1100-da Milli Azərbaycan Tarixi Muzeyində "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş tədbir keçiriləcək.
Partlayıcı oyuncaqlar müsadirə edilib
Bakı şəhər sakinindən xeyli sayda partlayıcı oyuncaq götürülüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən dekabrın 25-də Bakı şəhər sakini Kamran Şükürova məxsus "Ford" markalı avtomobilə baxış zamanı 163 ədəd yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı oyuncaqlar və pirotexniki məmulatları götürülüb.
“Prezident İlham Əliyev Sizin arxanızdadır, Sizin dostunuzdur”
"Media, ümumiyyətlə, bütün dünyada cəmiyyətin ən nüfuzlu ictimai institutudur. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbirdə çıxışı zamanı deyib: “Ona görə də ümummilli lider hər zaman medianı cəmiyyətin əsas mexanizmlərindən, əsas ictimai institutlarından biri səviyyəsində görür və dəyərləndirirdi.
Dövlət başçısı aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirməyi daim prioritet vəzifə hesab edir
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilən iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparıldı. Başqa sözlə desək, "Azərenerji” və "Azərişıq” səhmdar cəmiyyətlərinin adı çəkilən şuraya müraciətlərində təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi. Aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə bir kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılmışdı. Xatırladım ki, bu zaman istehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqinin istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalmasına, eyni zamanda, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcəyi bildirilirdi.
Elçin Hüseynbəyli yazır... Əllini ötürdün, yüzə nə qaldı?..
Aşıq Alının bu məşhur misrası, yəqin, çoxlarının yadındadı. Amma mən bura bir “5”də əlavə edirəm. Çünki bəndənizin 55 yaşı tamam oldu.
Xaricdə yaşayan azərbaycanlılar xalqımızın fəxarətidir
Ötən həftəyə damğa vuran əsas hadisələrdən biri də millət vəkili Aslan Şahverdiyevin Rusiyada yaşayan soydaşlarımız barədə söylədiyi fikirlər oldu. Parlamentari yerli mətbuata verdiyi müsahibədə şimal qonşumuzda yaşayan azərbaycanlıları aşağılayan fikirlər səsləndirib. O, bildirib ki, "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb: “Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır”














