Tarix Muzeyi Həmrəylik gününə həsr olunmuş tədbir keçirəcək

Dekabr ayının 27-də saat 1100-da Milli Azərbaycan Tarixi Muzeyində "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş tədbir keçiriləcək.

Dekabr ayının 27-də saat 1100-da Milli Azərbaycan Tarixi Muzeyində "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və YAP "Azərbaycan tarixçiləri" ərazi təşkilatı ilə birgə təşkil olunub.

Tədbirdə Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev və Gənc Vətənpərvələr Birliyinin sədri Muğan Əliyev çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31