Gündəm
Bu üsul Azərbaycanda şəkərli diabetə görə ayağı kəsməyə qoymayacaq
Son illər dünyada, eləcə də ölkəmizdə ən geniş yayılan xəstəliklərdən biri də şəkərli diabetdir. Bu gün dünyada 390 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir.
Gözlər Qara dənizdə - Təyyarə qəzasında ölənlərin FOTOları yayıldı
Ziyafət Əsgərov: “Deputat dediyi fikrə görə məsuliyyət daşıyır”
Milli Məclis sədrinin birinci müavini Zİyafət Əsgərov bəzi deputatların fikirlərinin ictimaiyyətdə sərt reaksiyalara səbəb olmasına münasibət bildirib. Ziyafət Əsgərov müsahibəsində bildirib ki, hər şeydən əvvəl hər bir şəxs, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır.
Siyasətçi Seyran Ohanyan Azərbaycanla sülhə çağırdı
Ermənistanın keçmiş müdafiə naziri, təzəcə siyasət meydanına atılıb gələn ilki parlament seçkilərində yeni formalaşdırılan partiyanın tərkibində iştirak etməyə hazırlaşan Seyran Ohanyan Qarabağa dair bəyanatla çıxış edib.
Ərdoğanın xanımı birinci ledilərə məktub ünvanladı
Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan xarici dövlətlərin birinci ledilərinə məktub ünvanlayıb. Türkiyənin birinci xanımı suriyalılara yardım göstərilməsi üçün addımlar atmağa çağırıb. Əminə Ərdoğan Suriyada yaşananlara diqqət çəkərək, oradakı əhalinin humanitar faciə yaşadığını qeyd edib. Beş il ərzində Suriyada 600 mindən artıq insan həlak olub. 7 milyondan çox adam evlərini tərk edib, 5 mln insan ölkədən qaçmağa məcbur olub. Kimyəvi silahların tətbiq edildiyi döyüşlərdə qadınlar və uşaqlar həlak olub. Ürəyimiz artıq bu ağrılara tab gətirmir”,- deyə o yazıb.
Astan Şahverdiyevin qardaşı oğlu yazdı
Millət vəkili Astan Şahverdiyev qardaşı oğlunun açıqlamasına münasibət bildirib. A. Şahverdiyev “Qafqazinfo”ya deyib ki, Nemət Şahverdiyevin dedikləri yalandır: “O qələt edib, belə danışıb. Kimdir ki o? Nə olsun ki, mənim qardaşım oğludur? Dedikləri yalandır. Mən intervyü verəndə yanımda başqa adamlar da olub. Atası da məni tənbeh etməyib. Amma ola bilsin ki, oğluna nəsə deyib. Ancaq onun dediklərinə fikir vermək lazım deyil. O uşağın psixoloji durumunda problemlər var”.
Bəzi müxaliflətçilər üçün ədəb haqqında…
Dekabrın 24-də cənab Prezidentin doğum günüydü. Onunla çəkdirdiyimiz bir şəkli Facebook üzərindən paylaşaraq təbrik etdik. Təbii ki, xoş sözlər yazdıq, uzun ömür – 100 il yaşamağı arzuladıq. Yəni bir insanın, hələ bir ölkə rəhbərinin doğum gününə nə diləmək olarsa, onu da dilədik.
Niyam Salami vəd verdi: “Hər kəs şok olacaq” - FOTOLAR
Müğənni Niyam Salami həmkarı Səidə Sultanla foto-kameralar önünə keçib. Olaylar.az-a açıqlama verən N.Salami bildirib ki, həmkarı ilə Yeni il abu-havasında şəkillər çəkdirib: “Səidə mənim şou-biznesdə olan ən sadiq dostumdur. Düşünürəm ki, 2016-cı il həm onun üçün həm də mənim üçün çox uğurlu keçdi. Birgə ifa etdiyimiz duet sevildi və “Youtube” şəbəkəsində xeyli baxış yığdı. Mənim 2017-ci ildən gözləntilərim oxdur. İndidən söyləyim ki, üzümüzə gələn ilin il elə bir layihə edəcəyəm ki, hər kəs şok olacaq. Yəni bu günə qədər etmədiyim bir işi edəcəm. Məncə gözləməyə dəyər”.
Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir
"Azərbaycan dilinin akademik qrammatikası" yazılmalı və bütün universitetlər vahid qrammatikadan istifadə etməlidir. Bunu AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.
Ali Devrimin xatirəsi anılıb
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin xatirəsinə həsr olunmuş mərasim keçirilib.
Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri müzakirə edilib
Tərtər şəhər “Cümə” məscidi dini icması Heydər Əliyev Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib. “OLAYLAR”-ın xəbrinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, səhiyyə işçiləri, icma üzvləri və dindarlar iştirak ediblər.
Rəssamlıq Akademiyasının tələbələrinin növbəti tədris məşğələləri
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” və “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasları üzrə təhsil alan tələbələrin növbəti tədris-təcrübə məşğələləri keçirilib.
Mingəçevirdə 2 otaqlı ev yanıb
Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzildə yanğınqeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə mənzilin bir otağında tüstü bacasının ətrafı 5 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Suraxanıda 4 otaqlı ev yanıb
Bakı şəhəri, Suraxanı rayonunda tikintisi başa çatmamış vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
"Yeni dünya nizamı və milli ideya": Akademik Ramiz Mehdiyevin zamanla sınanmış fəlsəfi baxışları
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb. "Yeni dünya nizamı və milli ideya" adlanan kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub. Bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir.











.jpg)


