Ərdoğanın xanımı birinci ledilərə məktub ünvanladı

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan xarici dövlətlərin birinci ledilərinə məktub ünvanlayıb.  Türkiyənin birinci xanımı suriyalılara yardım göstərilməsi üçün addımlar atmağa çağırıb. Əminə Ərdoğan Suriyada yaşananlara diqqət çəkərək, oradakı əhalinin humanitar faciə yaşadığını qeyd edib. Beş il ərzində Suriyada 600 mindən artıq insan həlak olub. 7 milyondan çox adam evlərini tərk edib, 5 mln insan ölkədən qaçmağa məcbur olub. Kimyəvi silahların tətbiq edildiyi döyüşlərdə qadınlar və uşaqlar həlak olub. Ürəyimiz artıq bu ağrılara tab gətirmir”,- deyə o yazıb.

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan xarici dövlətlərin birinci ledilərinə məktub ünvanlayıb.  Türkiyənin birinci xanımı suriyalılara yardım göstərilməsi üçün addımlar atmağa çağırıb. Əminə Ərdoğan Suriyada yaşananlara diqqət çəkərək, oradakı əhalinin humanitar faciə yaşadığını qeyd edib. Beş il ərzində Suriyada 600 mindən artıq insan həlak olub. 7 milyondan çox adam evlərini tərk edib, 5 mln insan ölkədən qaçmağa məcbur olub. Kimyəvi silahların tətbiq edildiyi döyüşlərdə qadınlar və uşaqlar həlak olub. Ürəyimiz artıq bu ağrılara tab gətirmir",- deyə o yazıb.

Türkiyənin birinci xanımı onu da vurğulayıb ki, Suriyada yaşananlara göz yaşı tökmək yox, onlara kömək etmək lazımdır. Bütün birinci ledilərə səslənən xanım Ərdoğan "Bütün dünyanın birinci xanımlarını Suriyada ac qalan, ölümə tərk edilən qadınlara və uşaqlara yardım etməyə çağırıram",- deyib. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31