Rəssamlıq Akademiyasının tələbələrinin növbəti tədris məşğələləri

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” və “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasları üzrə təhsil alan tələbələrin növbəti tədris-təcrübə məşğələləri keçirilib.

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Sənətşünaslıq" və "İncəsənət əsərlərinin bərpası və ekspertizası" ixtisasları üzrə təhsil alan tələbələrin növbəti tədris-təcrübə məşğələləri keçirilib.

Muzeyin "Təhsil şöbəsi" tərəfindən tərtib olunmuş tədris-təcrübə proqramına əsasən bu məşğələlər "Saxsı məmulatlarının bərpası və konservasiyası" və "Kağız əsaslı muzey eksponatlarının bərpası" mövzularına həsr olunub. Məşğələlər müvafiq olaraq Bərpa Laboratoriyasının müdiri T.Zəvərli və bərpaçı-rəssam F.Ağayeva tərəfindən aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31