Gündəm

Dünyanın üz-üzə qaldığı təhlükə

26 Dekabr 2016 17:35

Dünya ən ağır təhlükə ilə - terrorla üz-üzədir. Kiçiyindən-böyüyünə, dünyada baş verən proseslərə təsir etmək gücündə olan supergüc dövlətlərdən tutmuş, ən geridə qalmış ölkələrə qədər, bu gün heç bir dövlət bu təhlükədən - terror bəlasından sığortalanmayıb.

Barak Obama: "2016-cı il prezident seçkilərini qazana bilərdim"

26 Dekabr 2016 17:34

ABŞ Prezidenti Barak Obama 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə qatılmaq hüququ olacağı təqdirdə qələbə qazanacağına əminliyini ifadə edib. O, bu barədə CNN-ə müsahibəsində bildirib. "Yenidən namizəd ola bilsəydim, əminəm ki, amerikalıların əksəriyyətini səfərbər edə bilərdim. Bütün ölkə üzrə insanlarla, hətta mənimlə razı olmayanlarla ünsiyyət qurmaqla onları irəlilədiyimiz istiqmətdə gəlməyə inandırardım" - B.Obama vurğulayıb.

Mənzil təminatı sahəsində geniş strateji hədəflər müəyyən edildi

26 Dekabr 2016 17:32

Azərbaycanda vətəndaşların uyğun qiymətə mənzil təminatı sahəsində 2020-ci ilədək geniş strateji hədəflər müəyyən edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, yol xəritəsində müəyyən edilmiş hədəflərə nail olmaq üçün bu sənədin üçüncü fəslində təsvir edilmiş mövcud vəziyyət nəzərə alınmaqla, 6 prioritet üzrə tədbirlər görüləcək, müvafiq imkanlardan və üstünlüklərdən tam istifadə ediləcək. 2020-ci ilədək strateji baxışda 2025-ci il üzrə uzunmüddətli baxışın aşağıdakı komponentləri prioritet təşkil edəcəkdir: - təxirəsalınmaz mənzil ehtiyaclarının qarşılanması üçün "MİDA" MMC tərəfindən uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanması və həyata keçirilməsinin təşkili; - uyğun qiymətə mənzillərin, həmçinin müvafiq sosial infrastrukturun, ictimai binaların (inzibati, qeyri-yaşayış və s.) tikintisində "MİDA" MMC-nin mövqeyinin daha da gücləndirilməsi üçün müvafiq normativ hüquqi baza yaratmaqla, Mənzil İnşaatı Dövlət Agentliyinə dəstək verilməsi və maliyyə vəsaitlərinin cəlb edilməsi. 6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 250 milyon manat artacağı və bu sektorda 6000 əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır. Uyğun qiymətə mənzil təminatı üzrə strateji məqsədlərə nail olunmasının səmərəliliyini müəyyən etmək üçün hər bir prioritet üzrə müxtəlif hədəf indikatorlarından istifadə edilməsi nəzərdə tutulur. Belə ki, strateji yol xəritəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq nəticəsində:

Tanınmış pedaqoq Bilik Fondunda

26 Dekabr 2016 17:18

“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin məhkəməsində tanınmış meyxanaçı ifadə verib

26 Dekabr 2016 17:17

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Priəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gənclərin vətənpərvər ruhda təbiyyəsinə diqqət artır

26 Dekabr 2016 17:08

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində orta ümumtəhsil müəssisələrində də təqdirəlayiq addımlar atılır. Belə ki, məktəblərdə tədris olunan gənclərin çağırışa qədərki hərbi hazırlıq fənni gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir.

Şəkidə 8 otaqlı ev yanıb

26 Dekabr 2016 17:06

Şəki şəhəri vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 340 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində tüstü bacasının ətrafı 1 m2 sahədə, 1 ədəd paltar dolabı və 1 ədəd yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Seymur Orucov: “YAP GB müxtəlif istiqamətli layihələr həyata keçirib” 

26 Dekabr 2016 17:02

“Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi, yola saldığımız ildə də müxtəlif istiqamətli layihələr həyata keçirib, dövlət siyasətinə dəstək verməyə çalışıb. Belə ki, il ərzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi layihələr ölkə gəncliyinin inkişafına, maariflənməsinə səbəb olub”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

2017-ci ildə Türkiyəni gözləyən QORXUNC PROQNOZ

26 Dekabr 2016 16:58

XVI əsrin ən məşhur öncəgörəni və ekstrasensi sayılan Nostradamus 2017-ci illə bağlı da öz proqnozlarını verib. Məşhur ekstrasensin 2017 və sonrakı illərlə bağlı proqnozlarını təqdim edir.

“İdman dayanıqlı inkişaf naminə" festival-müsabiqə keçiriləcək

26 Dekabr 2016 16:56

Bakı İdman Sarayında “İdman dayanıqlı inkişaf naminə" festival-müsabiqənin keçirilməsi nəzərdə tutulur. “OLAYLAR”-ın GİN-in mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində Bakı şəhərinin məktəbliləri arasında idman, intellektual və incəsənət yarışların keçirilməsi, həmçinin tanınmış estrada müğənnilərinin iştirakı ilə konsert proqramının təşkil edilməsi planlaşdırılır.

Çingiz Qənizadə Astan Şahverdiyevin əvəzinə ÜZR İSTƏDİ

26 Dekabr 2016 16:54

Deputat Astan Şahverdiyevin “Azadlıq” radiosuna verdiyi müsahibədə Rusiyada işləyən azərbaycanlıları aşağılayaraq, onları “otxod” adlandırması cəmiyyətdə etirazla qarşılanıb.

Murad Bozun "Özledim" mahnısı oğurluq imiş

26 Dekabr 2016 16:52

Fettah Canın yazdığı və Murad Bozun oxuduğu "Özledim" mahnısının plagiat olduğu təsdiqlənib. Mahnının ona aid olduğunu deyən Uğur Bayar 3 il əvvəl M.Boz, F.Can və "Dokuz Sekiz" şirkətini məhkəməyə vermişdi.

Qarabağda itkin düşən azərbaycanlıların yeni sayı AÇIQLANDI

26 Dekabr 2016 16:50

2016-cı il dekabrın sonuna olan məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydə alınmış itkinlərin sayı 3866 nəfərdir.

Ağacan Abıyev: “Astan Şahverdiyevin təhqiramiz sözlər işlətdiyi təsdiqləncə, barəsində tədbir görüləcək"

26 Dekabr 2016 16:44

“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözlərinin həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib”. 

İşçisi Akif Əlizadənin söylədiklərini TƏKZİB ETDİ

26 Dekabr 2016 16:42

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi Zülfüqar Fərzəliyev AMEA prezidenti Akif Əlizadənin gözünün göyərməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.