“İdman dayanıqlı inkişaf naminə" festival-müsabiqə keçiriləcək

Bakı İdman Sarayında “İdman dayanıqlı inkişaf naminə" festival-müsabiqənin keçirilməsi nəzərdə tutulur. “OLAYLAR”-ın GİN-in mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində Bakı şəhərinin məktəbliləri arasında idman, intellektual və incəsənət yarışların keçirilməsi, həmçinin tanınmış estrada müğənnilərinin iştirakı ilə konsert proqramının təşkil edilməsi planlaşdırılır.

Bakı İdman Sarayında "İdman dayanıqlı inkişaf naminə" festival-müsabiqənin keçirilməsi nəzərdə tutulur. "OLAYLAR"-ın GİN-in mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində Bakı şəhərinin məktəbliləri arasında idman, intellektual və incəsənət yarışların keçirilməsi, həmçinin tanınmış estrada müğənnilərinin iştirakı ilə konsert proqramının təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidentinin 11 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı"nın 2.6-cı bəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31