Gündəm
İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığı müşahidə edilən kəndlərin su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilmiş və həmin kəndlərdə layihələr həyata keçirilmişdir. Xaçmaz rayonunun 7 kəndini əhatə edən içməli su layihəsinin icrası yekunlaşmış və suyun verilməsinə başlanılmışdır.
“Gənc istedadlar” liseyində bayram tədbiri
Bakı Dövlət Universiteti “Gənc istedadlar” liseyinin 5-ci sinif şagirdlərinin təqdimatında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib. Liseyin Təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramova şagirdləri və onların valideynlərini salamlayaraq, hər iki bayram münasibətilə direktor, professor Qasım Hüseynovun təbriklərini çatdırıb, yeni ildə uğur və xoşbəxtlik arzulayıb.
“Təmiz Xəzər-sağlam şəhər” adlı layihə keçirildi
Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublika ərazisində, xüsusən Bakı və Abşeron yarımadasında məskunlaşmış insanlar arasında ekoloji təmizliklə bağlı maarifçilik işlərinə ehtiyac vardır.
Mehriban Əliyeva görkəmli xanəndə Ağaxan Abdullayevlə vida mərasimində iştirak edib
Dekabrın 26-da milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti, Prezident təqaüdçüsü, xanəndə Ağaxan Abdullayevin cənazəsi son mənzilə yola salınıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva vida mərasimində iştirak edib, unudulmaz sənətkarın ailə üzvlərinə və qohumlarına dərin hüznlə başsağlığı verib.
Dünyanın ən hündür heykəlinin əsası qoyulub
Hindistanın baş naziri Narendra Modi ölkənin Maharaştra ştatına gedərək təxminən dörd əsr əvvəl yaşamış Hindistanın milli qəhrəmanı Şivacinin nəhəng heykəlinin təməlini qoyub. Ən 4 kilometr uzaqlıqda olan süni adada ucaltmağı planlaşdırırlar. Heykəlin hündürlüyü 192 metr olacaq. Tikintinin təqribən 530 milyon dollara başa gələcəyi gözlənilir.
Mehriban Əliyeva Masazır və Binədə yeni obyektlərin istifadəyə verilməsi mərasimində iştirak edib - YENİLƏNİB
Dekabrın 26-da Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub.
Qadını bıçaqlayan saxlanıb
Dekabrın 25-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yaşayan Aygün Kərimovaya bıçaqla xəsarət yetirilib. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ona xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Məzahir Nurəliyev tutulub. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.
Mis oğruları saxlanıb
Dekabrın 25-də İmişli dəmir yolu stansiyası ərazisindəki anbardan misdən olan məmulatlar oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Həsən Nuri, Emin Güləliyev və Cahid Quliyev tutulublar. Araşdırma aparılır.
Zərdab sakinindən ov tüfəngi götürülüb
Zərdab sakinlərində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahhüseynli kənd sakinləri Füzuli Eminovdan, Pünhan Yusifovdan və Nahid Dəmirovdan 2 ədəd "TOZ-16" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri götürülüb.
Dilənçiliklə məşğul olan 5 nəfər saxlanıb
Paytaxt Bakıda dilənçiliklə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən avara və dilənçiliklə məşğul olan 5 nəfər saxlanııb. Saxlanılan şəxslər barəsində protokol tərtib edilib.
Gələn il hərraca çıxarılacaq müəssisələrin adı açıqlandı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 60 əmlak olmaqla 20 səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, 17 istifadəsiz qeyri-yaşayış sahəsi, 6 nəqliyyat vasitəsilə çıxarılıb.
Şəffaflıqın təminatında yenilik
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Dövlət Gömrük Komitəsi arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb. Bu barədə Xidmətdən verilən məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətində şəffaflığın qorunması vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsi, vətəndaşlara münasibətdə etik qaydalara əməl olunması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə aparılıb.
Aydın Mirzəzadə: Tarif Şurasının bu tip addımları bundan sonra da atacağına inanıram
Tarif Şurasının qərarı ilə qaz və elektrik enerjisi üzrə qiymətlərin birinci dəfə qalxması iqtisadi zərurətdən doğan məsələ idi. Daha sonra həmin qərara müəyyən düzəlişlərin edilməsi ilə bağlı atdığı addım isə məsələnin daha dərindən araşdırılması və həmin sahənin maliyyələşməsi üçün digər mənbələrin tapılmasından irəli gələn tədbirdir.
Qara dənizə düşən təyyarə ilə bağlı dünyanı sarsıdan İDDİA
Rusiyanın Qara dənizdə qəzaya uğradığı deyilən Tu-154 təyyarəsi qaçırılıb. Bu iddia ilə Rusiya Aviasiya Birliklərinin Koordinasiya Mərkəzinin keçmiş rəhbəri Vitali Andreyev çıxış edib.
Futbolçuların olduğu gəmi qəzaya uğradı
Uqandada Albert gölündə gəminin qəzaya uğraması nəticəsində azı 30 nəfər həlak olub. Bu barədə "RİA Novosti" məlumat verir. Hadisə ötən gün, Milad bayramı qeyd olunanda baş verib. Məlumatlara görə, həmin gəmidə yerli futbol komandası və azarkeşlər olub. Qəzanın baş vermə səbəbi kimi sərnişinlərin göyərtənin bir tərəfinə yığılması göstərilib. Trend.az














