“Təmiz Xəzər-sağlam şəhər” adlı layihə keçirildi

Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublika ərazisində, xüsusən Bakı və Abşeron yarımadasında məskunlaşmış insanlar arasında  ekoloji təmizliklə bağlı maarifçilik işlərinə  ehtiyac  vardır.

Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublika ərazisində, xüsusən Bakı və Abşeron yarımadasında məskunlaşmış insanlar arasında  ekoloji təmizliklə bağlı maarifçilik işlərinə  ehtiyac  vardır.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Təmiz Xəzər-sağlam şəhər" layihəsinə start verilib. Layihə çərçivəsində Bakı ətrafı Xəzərin sahillərində ekoloji təmizliyə nail olmaq üçün ilk növbədə problemi daha ətraflı öyrənərək  ictimaiətə çatdırmaq, xüsusilə  dənizə yaxınlıqda  yaşayan  kənd, qəsəbə sakinlərinin diqqətini bu problemə cəlb etmək və problemin səbəblərini onlara yaxından göstərmək, ətrazidə təmizlik aksiyalarının  təşkil etmək layihənin əsas məqsədi idi.

Layihəyə cəlb edilən gənclər Xəzər dənizinin Bakı və Abşeron yarımadasındakı  sahil zolağındakı ekoloji vəziyyəti öyrənməklə daha çox  çirklənmiş ərazilərdə  təmizlik aksiyaları və ekoloji təmizliklə bağlı maarifləndirmə tədbirlər həyata keçiriblər. Eyni zamanda layihə geniş  ictimaiətin diqqətini bu problemin həllinə yönəldərək həmin ərazilərə məişət tullantılarının və çirkab sularının axıdılmaması üçün əraziyə yaxın kənd və qəsəbələrdə, təhsil ocaqlarında maarifləndirici tədbirlərin keçirilməsini qarşıya məqsəd kimi qoyur.

Layihə çərçivəsində  həyata keçirilən işlər  ilk növbədə Xəzər dənizinin sahil zolağı və suyun təmiz saxlanılmasına  hesablandığı üçün ilk növbədə dəniz kənarında  istirahət üçün üz tutan  şəhər sakinləri və sahilə yaxın yerləşən yaşayış massivlərində məskunlaşan insanlar daha təmiz, sağlam ekoloji mühitdə istirahət edə və yaşaya biləcəklər.Ən əsası isə insanlara  bu istiqamətdə zəruri məlumatların verilməsi işini nəzərdə tutan layihə gələcəkdə sahil zolağının və suyun içərisinin çirklənməməsinə, əksinə insanlar, yerli sakinlər  tərəfindən mütəmadi təmizlik işlərinin aparılmasına nail olmaqla  Bakının ekosisteminə  töhfə verəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31