Gündəm

Yaşıl çay kişiləri daha ağıllı edir

26 Dekabr 2016 19:40

Alimlər yaşıl çayın tərkibinə daxil olan kofein və  L-teanin maddəsinin güclü cinsin nümayəndələrində  zehni qabiliyyəti artırdığını müəyyən ediblər. Belə ki, hollandiyalı mütəxəssislər 44 könüllü üzərində apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər ki, yaşıl çay beynin fəallığını gücləndirir.

Diqqət: Qəhvənin zərərləri...

26 Dekabr 2016 19:35

Qəhvə faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Qəhvənin tərkibindəki kofein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, ürəyin tez-tez döyünməsinə səbəb olur.

2016-cı ilin təmirə ən yararlı smartfonları bəlli olub

26 Dekabr 2016 19:30

“ifixit.org” resursu 2016-cı ildə təmirə ən yararlı smartfonların reytinqini tərtib edib. "Demək olar ki, telefonlar hər yerdə bizimlədir. Buna görə telefonlar digər cihazlara nisbətən daha tez-tez qırılır. Dünyada smartfon sahiblərinin təxminən 50%-i ən azı bir dəfə öz aparatının ekranını sındırıb. Bəs telefonların təmiri rahatdırmı?" – deyə ekspertlər maraqlanıblar. “ifixit.org” resursu təmirə yararlılığının əsas meyarlarından biri kimi cihazın asan sökülməsini göstərib.

Bir foton vasitəsilə informasiya ötürülüb

26 Dekabr 2016 19:26

Priston Universitetinin alimləri bir elektrona kvant informasiyanı fotona ötürməyə imkan verən qurğu icad ediblər. Ötən həftə “Science” jurnalında dərc edilən tədqiqat kvant kompüter texnologiyaları sahəsində əsl irəliləyiş ola bilər.

Prezident İlham Əliyev 2017-ci il üçün ehtiyac meyarı və yaşayış minimumunu təsdiq etdi

26 Dekabr 2016 19:22

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Məşhur sosial şəbəkə təsisçisi ev şəraitində süni intellektdən istifadəni nümayiş etdirib

26 Dekabr 2016 19:20

“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq ev şəraitində süni intellektdən istifadəni nümayiş etdirib. 

Sürücüsüz avtomobillər üçün proqram təminatı hazırlayan mərkəz istifadəyə verilib

26 Dekabr 2016 19:16

Bu il smartfon istehsalından imtina edərək proqram təminatının buraxılışına üstünlük verən Kanadanın “BlackBerry” şirkəti sürücüsüz avtomobil nəqliyyatı üçün həllərin hazırlanması ilə məşğul olacaq yeni tədqiqat mərkəzi açıb.

İstiliyi elektrik enerjisinə çevirmək üçün qurğu yaradılıb

26 Dekabr 2016 19:10

ABŞ və Belçika tədqiqatçıları istilik enerjisini effektiv şəkildə elektrik cərəyanına çevirməyə imkan verən texnologiya təqdim ediblər.

Alimlərdən ŞOK iddia: Gec ailə quran qadınlar daha xoşbəxt olur

26 Dekabr 2016 19:05

Adnan Menderes Universitetinin tədqiqatçı-professor heyətinin apardığı araşdırma sübut edib ki, qadınların yaşı evlilikdəki xoşbəxtlikdə böyük rol oynayır. 34 cütlük üzərində aparılan araşdırma gec evlənən qadınların daha xoşbəxt olduqlarını göstərib. Üstəlik, 30 yaş çevrələrində ailə quran qadınlar ailə içində yaranan problemi təkbaşına aradan qaldıra bilirlər. Bundan başqa, “Hansı halda evliliyinizi xilas etmək üçün mübarizə apararsınız?” sualına da qadınların 82%-i “mütəmadi bir hal almadığı halda xəyanət belə olarsa, mübarizə apararam” deyib. Bu yaşda evlənən qadınlar işin içinə şiddət, cinsi və fiziki zorakılıq girmədiyi müddətcə evliliyi davam etdirirlər.

Ermənistan uçurum qarşısında

26 Dekabr 2016 18:59

Avtomobil satmaq adı ilə 17 min dollarını aldılar

26 Dekabr 2016 18:45

Sumqayıt şəhər sakininə avtomobil satmaq adı altında dələduzluq edilib. Report xəbər verir ki, bu barədə 1981-ci il təvəllüdlü Nicat Sabirzadə Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib. Belə ki, N.Sabirzadə Sumqayıt şəhər sakini Ramin adlı şəxsə onun avtomobilini satın almaq üçün 17 336 ABŞ dolları verib. Ramin adlı şəxs isə pulu götürsə də, avtomobili verməyib.  Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Prezident İlham Əliyev Zeynəb Xanlarovaya "Heydər Əliyev" ordenini təqdim etdi - YENİLƏNİB

26 Dekabr 2016 18:42

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, xalq artisti Zeynəb Xanlarovaya "Heydər Əliyev" ordenini təqdim edib.

Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun qohumları ifadə verib - YENİLƏNİB

26 Dekabr 2016 18:28

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Əli Həsənov: "Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır"

26 Dekabr 2016 18:27

“Dünən  cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı təbrik edərək, onların  hər birinə firavan həyat və işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından  asılı olmayaraq,  həmvətənlərimizə həmişə xüsusi diqqət yetirib, onların səmərəli  fəaliyyətini yüksək qiymətləndirib“.   Bunu açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov  xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı  müzakirələrə münasibət bildirərkən deyib.

“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş

26 Dekabr 2016 18:21

Dekabrın 26-da  Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər və idman nazirinin Gənclərlə iş üzrə müavini İntiqam Babayevlə görüş baş tutub.