Gündəm
Magistral qaz xəttində partlayış baş verib
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı SOCAR-ın mətbuat xidməti yayıb. Bildirilib ki, xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.
Azərbaycan diasporu Atatürkün məzarını ziyarət edib
İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu başda olmaqla təşkilatın üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Ankarada Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.
Rusiya MN-in qəzaya uğramış təyyarəsinin "qara qutu"su tapılıb
Rusiya Müdafiə Nazirliyinin Qara dəniz üzərində qəzaya uğramış "Tu-154" təyyarəsinin birinci "qara qutu"su tapılıb. Xilasedicilər bir qədər əvvəl təyyarənin "qara qutu"larının yerləşdiyi quyruq hissəsinin tapıldığını bildirmişdi. "Qara qutu"lardakı yazışmalar qəzanın dəqiqi səbəblərinin müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malikdir.
“Fransanı tərk edin və İsrailə gəlin”- YƏHUDİLƏRƏ ÇAĞIRIŞ
İsrailin müdafiə naziri Avqidor Liberman Fransadakı yəhudilərə ölkəni tərk etməyə çağırıb. Bu barədə İsrailin “The Jerusalem Post” nəşri yazır. “Çox yəqin ki, Fransada yaşayan yəhudilərə bu sözü deməyin zamanı çatıb: “Bu, sizin ölkə deyil, bu, sizin torpaq deyil, Fransanı tərk edin və İsrailə gəlin”,- deyə nazir “İsrail bizim Evimizdir” partiyasının yığıncağında bəyan edib.
ABŞ-da qanlı Milad bayram: 12 ölü
ABŞ-ın Çikaqo şəhərində Milad istirahət günlərində odlu silahın tətbiqi ilə bağlı 27 hadisə qeydə alınıb. Hadisə nəticəsində 12 nəfər ölüb. Agentlik yazır ki, yanvarın 1-dən dekabrın 25-dək Çikaqoda ümumilikdə 3,5 min silahlı insident baş verib. Bunun nəticəsində 753 nəfər ölüb. Bu, 2015-ci illə müqayisədə yarım dəfə çoxdur. Baş verənlərin böyük əksəriyyətinin planlaşdırılmış kriminal çəkişmələr olduğu bildirilir. Qeyd edək ki, Çikaqo əhalisinin sayına görə ABŞ-ın 3-cü böyük şəhəridir. Azvision.az
Karlovun qətli ilə bağlı jurnalistlərə qadağa qoyuldu
Ankara məhkəməsi Türkiyə kütləvi informasiya vasitələrinə Rusiyanın mərhum səfiri Andrey Karlovun qətli ilə bağlı istintaq məlumatlarını işıqlandırmağı qadağan edib. Qadağa cinayətdə şübhəli bilinən və əli olanlar, həmçinin hücum anını əks etdirən şəkillərə də şamil edilib. Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib. Azvision.az
Rusiyada yolka satan azərbaycanlı tutuldu
Rusiyanın Xabarovsk şəhərində bazarda qanunsuz yolla Yeni il yolkaları satan azərbaycanlı tutulub. Bu barədə Rusiya KİV-i xəbər verir. Məlumata əsasən, şəhər administrasiyası və polis, həmçinin dövlət meşə müfəttişləri qanunsuz yolla satış həyata keçirənlərə qarşı profilaktik tədbirlər görüblər. Nəticədə üzərində heç bir sənədi olmayan azərbaycanlı saxlayıb. O, polis bölməsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir. Azvision.az
14 yaşında onu zorlayan 20 nəfəri öldürtdü
11 yaşında zorla ərə verilən hindli Phulan Devi 14 yaşındaykən kənddə 20 nəfərin təcavüzünə məruz qalıb. Bundan sonra sevgilisi də öldürülən Devi "quldurlar kraliçası" olaraq tanınır. Özünə şəbəkə quran Devi kəndə qayıtdıqdan sonra ona təcavüz edən 20 nəfəri öldürdüb. O, 11 il məhkum həyatı yaşayıb.
Uşaqlarda diş əti problemi - Valideynlərin nəzərinə!
Uşaqlarda ağız və diş sağlamlığı nəzərə alınmalı, onları erkən yaşda diş fırçalama vərdişinə yiyələndirmək lazımdır. ATV.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, valideynlər uşaqlarına 1 yaşından etibarən mütləq dişlərin əhəmiyyəti, diş baxımının zərurəti və diş sağlamlığını pis təsir edən yemək və içkiləri aydın bir şəkildə izah edərək, diş baxımı təhsilinə başlamalıdır. Bu mövzuda diş həkimlərindən məlumat əldə edə bilərlər.
Tanınmış rok ulduzu dünyasını dəyişdi
Dünyanın tanınmış ingilis rok qrupunun qitaristi Rik Parfit 68 yaşında vəfat edib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqiçi ağır infeksiya səbəbindən müalicə aldığı Marbella xəstəxanasında dünyasını dəyişib.
Dubay polisi süni intellekt xidmətlərindən istifadə edəcək
Dubay polisi mümkün cinayətlərin qarşısını almaq üçün süni intellekt xidmətlərindən istifadə etmək niyyətindədir.
Döyməli kişilərə pis xəbər
Qadınlar döyməli kişilərə etibar etmir. Qadınlar döyməli kişilərin daha kobud olduğu güman edir. Polşada 2 min 500 nəfər arasında aparılan araşdırmanın nəticələrinə görə, döyməsi olan kişilərin aldatma ehtimalı başqalarına nisbətən daha yüksəkdir. Araşdırmada o da məlum olub ki, kişilər döyməsi olan həmcinslərinin daha yaraşıqlı olduğunu, qadın isə əskini söyləyib. Bundan başqa, döyməli kişilərin daha sağlam, hökmran və aqressiv olduğu üzə çıxıb. Polşalı tədqiqatçılar qadınların döyməli kişiləri ideal ər hesab etmədiyini deyib. Alimlər döyməsi olan kişilərin xəyamətə meylli olmasını testosteronun yüksək olması ilə izah edib. Meksikada daha öncə aparılan tədqiqatda sadiq tərəf müqabillərinin daha aşağı testosteron səviyyəsinə sahib olduğunu açıqlayıb. Publika.az
Kişilərin diqqətinə:Əzələ yaradan ən yaxşı 15 QİDA
Güclü əzələlərə sahib olmaq üçün idman etmək şərtdir. Lakin bəzi qidalar da əzələ yaratmağı asanlaşdırır. Aile.lent.az həmin 15 qida ilə sizi tanış edir.
Serbiyalı alimlər: İnstrumental musiqi ürəyi gücləndirir
Serbiyadakı Nis Universiteti alimlərinin apardığı araşdırmaya görə, instrumental musiqi ürəyi gücləndirir, ürək xəstələrinin daha tez yaxşılaşmasını təmin edir. Bundan başqa, sevilən musiqini dinləmək beyində endofrin hormonun artımına səbəb olur ki, bu da ürəyin fəaliyyətinə müsbət təsir edir. Araşdırma çərçivəsində ürək xəstəsi olan 74 nəfər 3 qrupa ayrılıb və ilk qrupdakılar 3 həftə boyunca aerobika dərslərinə göndərilib. İkinci qrupdakılara isə dərslərə qatılmaqla yanaşı, gündə yarım saat musiqi dinləmələri tapşırılıb. Son qrupdakılar isə sadəcə musiqi dinləyiblər.
Dırnaq boyasından istifadə etmənin zərərləri...
Bir çox qadın dırnaqlarında müxtəlif rənglərdə dırnaq boyaları istifadə edir və görünüş baxımından bu dırnaq boyaları qadınlara dəyişiklik, xüsusi bir görünüş qazandırar kimi görünür, amma dırnaq boyasından istifadə etmənin bir çox zərəri vardır.














