Azərbaycan diasporu Atatürkün məzarını ziyarət edib

İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu başda olmaqla təşkilatın üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Ankarada Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.

İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu başda olmaqla təşkilatın üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Ankarada Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Atatürkün məzarı önünə gül çələngi qoyulduqdan sonra S.Qaraqoyunlu xatirə dəftərinə təşkilat adından ürək sözlərini yazıb. Atatürkün Mavzoleyindən sonra Etnoqrafiya Muzeyi, Türk dünyasının böyük şairi, "İstaqlal" marşının müəllifi Mehmet Akif Ersoyun Ev muzeyi, Məmmədəmin Rəsulzadənin məzarı ziyarət olunub. Ziyarətdə Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Ramil Qurbanov, İğdırın keçmiş İl Emniyyet müdiri Yüksel Babal, Azərbaycan Kültür Evinin sədr müavini İsa Yaşar Tezel və Ankarada yaşayan azərbaycanlılar iştirak edib. S.Qaraqoyunlu ziyarətdə iştirak edən qrup üzvlərinə təşəkkür edərək bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31