Gündəm

Ermənistanda 100%-lik qiymət artımı qara bayram

27 Dekabr 2016 12:17

Yeni il ərəfəsində Ermənistanda bir sıra məhsulların qiymətlərində artım baş verib. Məlumata görə, bu barədə “tert.am” saytına “İsehlakçıların məsləhət Mərkəzi”nin sədri Karen Çilingəryan danışıb. Qeyd edilir ki, qiymət artımı xüsusilə meyvələrin, tərəvəzlərin eləcə də digər bostan bitkilərinin satışında nəzərə çarpıb. Eləcə də digər məhsullarda da qiymət artımı müşahidə olunur.

Rusiyalı general şokda HƏLƏB QƏTLİAMI

27 Dekabr 2016 12:14

Rusiyalı hərbçilər Hələbin terrorçulardan azad edilmiş ərazilərində insanların kütləvi şəkildə basdırılmış məzarlığını aşkar ediblər. Bu barədə  Rusiyanın müdafiə nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərlə söhbətində bildirib.

"Canlı bomba"nı bazarda parçaladılar

27 Dekabr 2016 12:08

Nigeriyanın Mayduquri bölgəsindəki Kasuvay şəhərində yerləşən "Kasuvay Şanu" davar bazarında ikinci terror partlayışının qarşısı alınıb. Bazardakı kütlə "canlı bomba" olan qadını döyərək öldürüb.

Suriyada İŞİD-in 158 hədəfi məhv edildi

27 Dekabr 2016 12:05

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" antiterror əməliyyatı davam edir. Əməliyyat çərçivəsində Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının 158 hədəfi məhv edilib. Həmçinin 13 terrorçunun zərərsizləşdirildiyi bildirilir. Trend.az

SAM ATƏT-in uğursuz fəaliyyətini təhlil edib

27 Dekabr 2016 12:02

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xüsusi nəşri olan "SAM-ın şərhləri"nin növbəti sayı ingilis dilində çap edilib. “OLAYLAR”-ın xəbərinə görə, SAM-ın baş elmi işçisi Kamal Makili-Əliyevin müəllifi olduğu "ATƏT-in uğursuzluğu: regional təhlükəsizlik təşkilatından siyasi alətə doğru" adlanan bu yeni nəşrdə beynəlxalq münasibətlərin aktorlarından biri və regional təhlükəsizlik təşkilatı kimi ATƏT-in yaranması, inkişafı, institusional və funksional problemlərinin xüsusiyyətləri ətraflı təhlil edilmiş, onun uğursuzluğuna gətirib çıxaran amillər nəzərdən keçirilib.

AGF Prezidenti mükafatlandırılıb

27 Dekabr 2016 12:00

Gənclər və İdman Nazirliyi 2016-cı ildə nailiyyət qazanan idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Azərbaycan Ədalətli Oyunlar Komitəsi tərəfindən "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman təşkilatçısı" nominasiyasında təltif edilib. Mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov qəbul edib.

“Neft Daşları” yatağında yeni quyu qazılır

27 Dekabr 2016 11:59

“Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2647 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1310 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Atəşkəsin pozulması halları artır

27 Dekabr 2016 11:58

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 46 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Moskvada qadını girov götürən şəxs intihar edib

27 Dekabr 2016 11:57

Moskvada polislərə atəş açan və bir nəfəri girov götürərək mənzillərin birində gizlənən şəxs özünə qəsd edib. Məlumata görə, girov götürülmüş qadın azad edilib.  Silahlı şəxsin saxlanılması üçün 8 saat hazırlanan əməliyyatda polis, Milli Qvardiya, FHN və İstintaq Komitəsinin əməkdaşları iştirak ediblər. 

Marsda qaşıq tapıldı? - VİDEO

27 Dekabr 2016 11:54

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Mars planetinə yolladığı kosmik aparat unikal tapıntı aşkarlayıb. "Qırmızı planet"in səthində qaşıq görüntülənib. Skott Uorinqin dediyinə görə, Marsda belə tapıntı unikal sayıla bilər. NASA isə Marsda aşkarlanan cismin qaşıq yox, pareydoliya nəticəsi olduğunu bəyan edib. Pareydoliya hər hansı səthdə müəyyən əşyanın görüntüsü effekti ilə bağlı illüziyadır. Milli.az

Rusiyanın Türkiyədə yeni səfiri kim olacaq?

27 Dekabr 2016 11:47

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Privoljski federal dairəsinin səlahiyyətli nümayəndəsi Mixail Babiçin RF-nin Türkiyədə səfiri təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bu barədə RİA Novosti xəbər verir. Bundan əvvəl "Dojd" telekanalı bildirmişdi ki, M.Babiç Türkiyədə yeni səfir təyin edilə bilər. Məsələyə münasibət bildirən D.Peskov deyib: "İlk dəfədir eşidirəm".

Təyyarə havaya qalxarkən qəzaya düşdü: yaralılar var

27 Dekabr 2016 11:46

Hindistanın Qoa ştatında "Jet Airways" aviaşirkətinə məxsus təyyarə uçuş-eniş zolağından çıxıb. Bu barədə "lenta.ru" saytı xəbər verir. Məlumata görə, içərisində 161 nəfər - 154 sərnişin və 7 heyət üzvü olan təyyarə uçuşa qalxarkən idarəetməni itirərək zolaqdan çıxıb. Sərnişinlərin təxliyə olunması zamanı 12 nəfər xəsarət alıb. Qəzanın baş vermə səbəbləri məlum deyil. Trend.az

Dəmir yolunun Ləki-Malay mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur 

27 Dekabr 2016 11:44

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Artıq dəmir yolunun Ləki-Malay mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.

Məhbuslar arasında turnir keçirilib

27 Dekabr 2016 11:42

Penitensiar xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunmuş dama və şahmat turnirləri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirin rəsmi açılış mərasimində 8 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən, ədliyyə polkovnik – leytenantı Müşviq Məcidov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə mayoru Qaçay Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama və şahmat idman növləriü üzrə koordinator – kuratoru Salman Əbdülov öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulayıb, iştirakçıları Milli Dirçəliş günü münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulayıblar.