Gündəm
Bu il Bakıda 52 mindən çox uşaqda müxtəlif xəstəliklər aşkarlanıb
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşağa tibbi xidmət göstərilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aparılan profilaktik müayinələrin əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkar edilərək müayinə, müalicəyə cəlb edilməsi və beləliklə də sağlam gələcəyin təminatına yönəlib. Nəticədə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.
“Azərişıq”: Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Külli miqdarda pirotexniki vasitələr aşkar edilib
Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar” a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Belə ki, idarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
DGK proqnoza 124 faiz əməl edib
2016-cı ilin sonuna bir neçə gün qalmasına baxmayaraq, dekabrın 27-nə olan məlumata görə, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 124,12 % əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 milyon manat və ya 41,1% artıq deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan Gömrük Xidməti gələcəkdə də respublikamızın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında, eləcə də büdcə öhdəliyinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.
Yağışlı havalar gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Dekabrın 28-dəgecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Azərbaycanda 4 mərtəbədən artıq binanın tikintisi qadağan edilib
Azərbaycanda bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi nəzərdə tutulmalı olan tədbirlər müəyyənləşib.
Ermənistanda vəzifəli şəxslər rüşvət üstündə saxlanılıb
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin Tibbi və Sosial Ekspertiza Agentliyinin rəhbəri və şöbə müdiri rüşvət almaq ittihamı ilə saxlanılıb. Əməliyyatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirib. Xidmətdən bildiriblər ki, dövlət agentliyində uzun müddət fəaliyyət göstərən korrupsiya sxemi mövcud olub. Qurumdakı səlahiyyətli şəxslər aldıqları rüşvəti daha yüksək rütbəli məmurlara ötürüb. Belə ki, təkrar ekspertiza üzrə yerli komissiyalar vətəndaşlara əlillik dərəcəsi vermək üçün bunun müqabilində onlardan 20-40 min dram məbləğində (75-150 manat) rüşvət tələb edirmiş. Alınan rüşvət komissiya üzvləri arasında bölüşdürülüb, bir hissəsi isə agentliyin rəhbərliyinə göndərilib. Agentlik rəhbərinin kabinetində aparılan axtarış zamanı 2.547 000 dram və 600 dollar pul aşkarlanıb.
SOCAR: Magistral kəmərdəki yanğın Abşeronun qazla təchizatını məhdudlaşdırıb
Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır. Bu barədə SOCAR-da məlumat verilib.
Moskvada onlarla aviareys təxirə salındı
Bu gün Moskvada hava şərtləri ilə əlaqədar onlarla uçuş təxirə salınıb. Şeremetyevo hava limanında 31, Domodedovo hava limanında isə 13 reys təxirə salınıb. Həyata keçirilən reyslərin vaxtında isə ləngimələr var. Uçuşların nə zaman həyata keçiriləcəyi barədə məlumat verilməyib. Trend.az
2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib
Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı”nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.
Multikulturalizmə həsr olunmuş konsert keçirilib
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı il “Multikulturalizm ili”nə həsr olunmuş konsert keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xrsitian İcmasının sədri Robert Mobil və digər qonaqlar iştirak ediblər. Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs kollektivinin ifasında “Sarı gəlin”, “Dənizçi”, “Qarabağ”, “Qaraçı”, “Arzular” və dünya xalqlarının rəqsləri nümayiş olunub.
Bu ilin ən bərbad filmləri - tamamilə vaxt israfıdır
Türkiyənin məşhur "Onedio" portalı 2016-cı ilin ən bərbad filmlərindən ibarət siyahı hazırlayıb.
Məşhur aktrisadan daha bir iyrənc etiraf
Baş rollarını Kris Pratt ilə paylaşdığı "Passengers" (Yolçular) filmiylə gündəmə gələn məşhur aktrisa Cennifer Lourens qatıldığı verilişlərin birində etirafları ilə diqqət çəkib.
Məktəblilərə erkən nigahın fəsadları öyrədilir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Erkən nigah əleyhinə yeniyetmələrin maarifləndirilməsi” layihəsinin icrasına başlanılıb. “OLAYLAR”-a daxil olan məlumata görə, layihə çərçivəsində ilk tədbir Suraxanı rayonundakı S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya və 141 saylı məktəbdə təşkil olunub. Tədbirdə layihə rəhbəri Ceyhun Qənbərzadə, YAP gənclər Birliyi ofisinin əməkdaşı Əli Qənbərli iştirak edib. Layihə rəhbəri iştirakçı gənclərinin hər birini erkən yaşda nigaha daxil olmamağa çağırıb. Daha sonra Əli Qənbərli erkən nigahların fəsadları, onların gələcəkdə Azərbaycan genefonduna mənfi təsirləri barədə məktəblilərə məlumat verib.
Gəlin namizəd bəy üçün studiyada elə oynadı ki... - VİDEO
Evlilik proqramları ilə bağlı qalmaqal və mübahisələr bitmək bilmir. Zuhal Topalın aparıcılıq etdiyi izdivac verilişində gəlin namizəd Dilek ona elçi düşən oğlanın qarşısında göbək rəqsi oynayıb. Milli.Az maraqlı görüntüləri təqdim edir:














