Gündəm
Azərbaycan iqtisadi inkişaf modeli yeni bir mərhələyə qədəm qoyur
İl ərzində dünyanın əksər ölkələrində baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan hökuməti zamanında atmış olduğu adekvat addımlar nəticəsində bu təsirlərdən minimumla çıxa bildi. Hazırda da qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf tempini davam etdirir. Bəs görəsən bu inkişaf tendensiyası qarşıdan gələn ildə də davam edəcəkmi? Bu və digər suallarla Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyevlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə millət vəkili “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın ölkə iqtisadiyyatının gələcək illərdə inkişafına verəcəyi töhfə, eləcə də bu sahədə görüləcək işlərdən də danışıb.
Tələbə qəbulu qaydalarında dəyişiklik
Azərbaycanda ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Nazirlər Kabinetindən verilən məlumata görə, bununla əlaqədar "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları", "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları", "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları" və "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edilib.
Azərbaycanda sələfi, nurçu və digər qeyri-ənənəvi dini icma var? - Rəsmi cavab
Bu gün Azərbaycanda dini icmalar içərisində rəsmi olaraq sələfi, nurçu və ya digər qeyri-ənənəvi dini icma yoxdur. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Müstəqillik ulduzları” adlı konsert proqramı keçirilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə “Müstəqillik ulduzları” adlı konsert proqramı keçirilib.
Xətai rayonunda yeni yol inşa edilir
Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 4 hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir.
Tramp BMT-ni ələ saldı
BMT çox nəhəng potensiala malik olsa da, hazırda yalnız xoş vaxt keçirmə yeri kimi tanınır. Bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özünün “Tvitter” hesabında yazıb. “Burada insanlar görüşür, söhbətləşir, xoş məşğuliyyət keçirir. Bu çox kədərlidir!”, D.Tramp əlavə edib. Apa.az
Azərbaycanlı qadın ərini baltaladı
Gürcüstanın Marnueli rayonunun Təzəkənd kəndində ailə münaqişəsi zəminində qadın 28 yaşlı həyat yoldaşını baltalayıb. Bu barədə "Qruziya Online"a istinadən xəbər verir. Məlumata əsasən, qətli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar başlayıb. Hadisənin hansı səbəbdən baş verməsi və qətli törədən qadının kimliyi açıqlanmayıb. Azvision.az
Əsgərləri daşıyan hərbi maşın dərəyə aşdı: yaralılar var - FOTO
MTN zabiti kartlardan pul oğurlayıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstəsinin cinayət işi üzə istintaq tamamlanıb və iş məhkəməyə göndərilib. İstintaq zamanı bu zabitlərin saysız-hesabsız cinayət əməlləri ortaya çıxıb.
ADU-da “Yeni il xaricilərin gözü ilə” adlı tədbir keçirilib
Dekabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın təşəbbüsü, Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə əcnəbi tələbələr və müəllimlər üçün 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, həmçinin Yeni il münasibətilə “Yeni il xaricilərin gözü ilə” adlı bayram tədbiri keçirilib.
Alim Qasımov Xalq artistinin vida mərasimində muğam oxudu, hər kəsi ağlatdı - VİDEO
Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilib. Vida mərasimində Xalq artisti Alim Qasımov iştirak edib. Xanəndə, xalq artisti Alim Qasımov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb. Sənətkar avazla A. Abdullayevin dəfnində muğam ifa edib.
Yerli dərman bitki qarışığı yeni paketlərdə satışa verilib
Naxçıvan Muxtar Respublikasında flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusi ilə müalicəvi təsiri olan 800-ə qədər dərman bitkisi vardır ki, onlardan da 30 növü rəsmi dərman bitkisi olmaqla bərabər, həm də təbii ehtiyatı çoxdur.
Nazir Zərdab şəhərində vətəndaşları qəbul etdi
Bu gün Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarının vətəndaşları ilə görüşüb.
Velosiped oğrusu tutulub
Velosiped, 200 m elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Binə qəsəbəsi ərazisində Rasim Abbasova məxsus evdən velosiped, 200 metr elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulub.
Qonşunun 38 toyuğunu oğurlayanlar saxlanıb
38 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Avtozavod qəsəbəsində yaşayan Əlövsət Musayevin həyətindən 38 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Murad Hüseynov və İlkin Cəfərov tutulublar.














