Gündəm
ADU-da Çinin qış bayramı qeyd olunub
Dekabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Dunçji (Qışın zirvəsi) bayramına həsr olunan tədbir keçirilib.
“Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” müzakirə edilib
Dekabrın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) hüquq elmləri doktoru Şirxan Adıgözəlovun “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimat mərasimi keçirilib.
“1916-cı il qırğız üsyanı” toplusu Azərbaycan dilində
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə “1916-cı il-Qırğız üsyanı” toplumu Azərbaycan dilinə tərcümə edilib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyir ki, topluma 1916-cı il Qırğız üsyanına aid olan sənəd və materiallar daxil edilib. Bunlar hesabat, sərəncam, teleqram, elan, çağırış, əmr, raport, Türküstan vilayətinin hərbi qubernatorları və general-qubernatorunun məruzələri, məhkəmə qətnamələri, şahidlərin sorğu-sual protokolları və dustaqların dindirmə protokolları, vergilər və rüşvətlərə dair sakinlərin şikayətləri, kəndlilərin ifadələri, üsyan liderləri barədə çuğullamalar, statistik bölmələrin sorğuları və arayışlarıdır.
Strateji inkişaf hədəfləri nə vəd edir?
Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkənin sosial-iqtisadi inkişafında yeni tarixi mərhələyə keçid üçün mühüm əsas yaradıb. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, ölkənin sosial-iqtisadi inkişafının bütün aktual məsələləri kompleks şəkildə nəzərə alınıb.
Sülh Platforması hədəflərə çata biləcəkmi?
Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər.
Yaxın Şərqdə davam edən geosiyasi mübarizə yeni dövlətlərin yaranması ilə nəticələnəcək
Yaxın Şərq uğrunda mübarizə hər gün özünün yeni mərhələsinə qədəm qoyur. Artıq beynəlxalq güclər açıq şəkildə region uğrunda mübarizəyə başlayıblar. Daha dəqiq desək, mübarizənin yeni mərhələsi müşahidə edilir. Cərəyan edən proseslər isə ilk növbədə region ölkələri üçün problemlər yaradır.
Azərbaycanın xarici siyasətində köklü dəyişikliklər baş verib
Artıq 2016-cı ilin başa çatmasına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz il ərzində istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə Azəbaycan bir sıra nailiyyətlərə imza atdı. Bəs görəsən, 2016-cı il xarici siyasət sahəsində nə ilə yadda qaldı? Bu və ya digər suallarla "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərova müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə Elxan Ələsgərov 2017-ci illə bağlı gözləntilərindən də söhbət açıb.
Dünya güclərinin əzələ nümayişi
Bu günlərdə Rusiyanın gündəmini məşğul olan əsas məsələlərdən biri də Moskvadan Suriyaya uçan təyyarənin hansı səbəblərdən qəzaya uğramasıdır. Hələlik qəzanın tam təfərrüatı dəqiq bilinməsə də, lakin müxtəlif versiyalar da səslənməkdədir. Versiyalar içərisində ən ağlabatanı onun terror aktı nəticəsində partladılması və ya vurulmasıdır ki, hələlik bu versiya tam təsdiqini tapmayıb.
Qardaşı oğlu Tağı Əhmədovu necə satıb – Məhkəmədə sensasion etiraf
Amma gözlənildiyi kimi, Tağı Əhmədov dünən məhkəməyə gəlməyib. Məhkəmədə zərərçəkmiş T.Əhmədov ifadə vermədən, şahidlər dindirilib. Şahidlərdən bir Tağı Əhmədovun qardaşı oğlu olub. O, əmisinin 3 milyon manatı Akif Çovdarova necə verməsi haqda danışıb.
Mübariz Qurbanlı: “Azərbaycanda reket mollalar da var”
“Azərbaycanda reket jurnalistlər olduğu kimi reket mollalar da var”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıilin yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, çox vaxt mətbuatda hansısa özünü molla kimi təqdim edənin davasını din xadimlərinin davası kimi təqdim edirlər: "Bu, yanlışdır. Araşdırsanız, görərsiniz ki məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özü özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır. Necə ki, mətbuatı reket jurnalistlər gözdən salır, həqiqi din xadimlərini də reket mollalar hörmətdən salır". Apa.az
Prokuror Xətaidə binanın yanmasında təqsirləndirilən şəxslərə şərti cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xələf Xələfov: "Bunlar beynəlxalq hüquqa zidd o lan qanunsuz hərəkətlərdir"
"Ermənistan çalışır ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, məskunlaşdırma aparsın, xaricdə yaşayan erməniləri burada məskunlaşdırsın. Bunlar beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir". Məlumata görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov İran şirkətinin Şuşada məscid təmiri aparması ilə bağlı separatçı rejimlə "müqavilə" bağlamasını şərh edərkən deyib. Nazir müavini bildirib ki, beynəlxalq hüquq baxımından bu fəaliyyətlərin nəticəsi tanınmır.
Xələfov: "Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir"
2017-ci ilin 1-ci rübündə Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir. Məlumata görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Nazir müavini bildirib ki, Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mütəmadi görüşlər keçirilir: "Rusiya ilə delimitasiya məsələsi bitib, demarkasiya prosesi isə davam edir. Bu, uzun prosesdir. Normativ hüquqi baza formalaşmalıdır. Bundan sonra fiziki olaraq sərhəd xəttinin qurulması ilə bağlı istehsal olunacaq məhsullar gündəlikdədir. İş gedir. 2017- ci ilin ilk rübündə hər iki ölkə ilə komissiyanın iclaslarını keçirəcəyik. Konkret olaraq Rusiya ilə işçi qrupları səviyyəsində işlərimizi başa çatdırmışıq. Komissiyanın iclasının keçirilməsinə dair hazırlıq var.
Məzarlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub
“Azərbaycanda məzarlıqlarla bağlı məsələ qanun layihəsi formasındaMilli Məclisə təqdim olunub”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıilin yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, layihənin hazırlanmasında komitə yaxından iştirak edib: "Yaxın zamanda bu məsələ müzakirə olunacaq". Apa.az
Ərdoğanın xahişi ilə veriliş açır - İlk qonağı prezident olacaq
Xəbər verdiyimiz kimi, məşhur aktrisa-müğənni Hülya Avşar Star TV-də yeni layihəyə start verib. ABŞ-da yayımlanan "The Oprah Winfrey Show"nun Türkiyə versiyası yanvar ayında yayımlanmağa başlayacaq. Avşarın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişi ilə efirə qayıtdığı məlum olub. Hətta, verilişin ilk qonağı prezident Ərdoğanın özü olacaq. Realiti-şou şənbə günləri yayımlanacaq. Qafqazinfo.az














