Gündəm

QHT-dən millət vəkilinə çağırış

27 Dekabr 2016 15:11

“Astan Şahverdiyev – bu “qəhrəman deputat” neçə gündür gündəmimizi zəbt edib. Açığı deyim ki, onun məlum qəhrəmanlığına qədər belə bir deputatın olduğunu bilmirdim. Əsl biabırçılıq da onun seçiciləri və Rusiyada yaşayan soydaşlarımız haqqında işlətdiyi söz deyil, məhz onun Milli Məclisə seçilməsidir”.

Dollar qıtlığını kimlər yaradır?

27 Dekabr 2016 15:09

Ölkənin maliyyə bazarında hələ də qeyri-müəyyənlik davam edir. Xüsusilə, Birləşmiş Ştatların Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini yenidən qaldırmasında sonra maliyyə bazarlarında onsuz da mövcud olan dollar qıtlığı müşahidə edilməyə başladı. Əgər əvvəllər özəl banklar dollar alqı-satqısı ilə məşğul idilərsə, indi demək olar ki, heç bir bank dollar satmır. Belə demək mümkünsə maliyyə bazarlarda sözün həqiqi mənasında dollar qıtlığı yaşanır. Amma dollar qıtlığı, bankların dollar satmaqdan imtina etməsi də öz-özlüyündə yenidən “qara bazar”ın fəallaşmasına, aktivləşməsinə gətirib çıxarır. Belə demək mümkünsə, birinci və ikinci devalvasiya dövründə düzgün olaraq qapadılan “qara bazar”ın fəaliyyətinə indi kimlərsə şərait yaradır.

Vətənpərvərlik hissinin formalaşması düzgün tərbiyədən keçir

27 Dekabr 2016 15:07

Vətənpərvərlik vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək deməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və o, tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir. Müşahidələr göstərir ki, uşaqların və gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması ən vacib amildir. Mütəxəssislər burada əsas diqqətin onların bir-biri ilə qarşılıqlı münasibətlərinə, əxlaqi və mənəvi dəyərlərinin formalaşmasına yönəldiyini deyirlər.

İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaqla sülh yolunun səmimi tərəfdarı olar- Mubariz Əhmədoğlu

27 Dekabr 2016 15:05

İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaq və davamlı etmək imkanına malikdir. Tehran və ya İsfahanda hər iki icmanın təmsilçilərinin görüşünü təşkil etməklə bu prosesi başlaya bilər. Bu məsələnin İran prizmasından 3 özəlliyi var:

"Qızıl top"a sahib çıxmasam, ölmərəm"

27 Dekabr 2016 14:56

"Barselona"nın hücumçusu Neymar "Qızıl top" barədə fikir bildirib. Braziliyalı ulduz bunları deyib: ""Barselona" karyeramdan, komanda və şəxsi həyatımdan razıyam. "Qızıl top"u qazanmaq, əlbəttə, mənim məqsədimdir. Amma bu mükafata sahib çıxmasam, ölmərəm. "Barselona"da xoşbəxtəm. "Qızıl top" almamaq problem deyil. Bunun üçün futbol oynamıram. Təəssüf ki, "Qızıl top"u yalnız bir nəfər qazanır. Dünyada ən yaxşı isə Messidir". Goal.az

Qəribə məkan: 110 manat verirsən, 1 saat qucaqlayırlar - VİDEO

27 Dekabr 2016 14:54

Bir müddət əvvəl Amerikada maraqlı "Cuddle Up To Me" (mənə sarıl) adlı maraqlı məkan açılıb. "Haberler" bildirir ki, qısa zaman ərzində məkana 10 mindən çox müştəri gəlib. 

Anaları öldürülən 6 uşaq indi haradadır?

27 Dekabr 2016 14:46

Qəbələdə anaları qətlə yetirilən 3 azyaşlı uşaq evinə verilməyəcək. Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O qeyd edib ki, uşaqlar atalarının valideynlərinə veriləcəklər. 

Xəzərdə seysmik aktivlik artıb

27 Dekabr 2016 14:43

Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi - Texniki Şuranın və AMEA-nın Yer Elmləri Bölməsinin birgə iclası keçirilib.

Həsən Ruhani İran-Azərbaycan əlaqələrinin inkişafına dair yol xəritəsi hazırlamağı tapşırıb - YENİLƏNİB

27 Dekabr 2016 14:41

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Azərenerji": Elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

27 Dekabr 2016 14:41

"Azərenerji" ASC-nin sistemində istehsal və ötürmə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib ki, sistemin dayanıqlığı təmin edilib: "Hazırda sistem tam gücü ilə işləyir. "Azərenerji" ASC tərəfindən elektrik enerjisi sistemində yaranmış məhdudiyyəti saat 14:20-də aradan qaldırılıb, sistemin dayanıqlığını təmin edilib".

Sarkisyan 18 min Suriya ermənisinə vətəndaşlıq verdi

27 Dekabr 2016 14:36

Bu il Ermənistana daha 516 Suriya ermənisi gəlib. Ümumilikdə isə hazırda Ermənistanda 22 min Suriya ermənisi yaşayır. Bunu diaspora naziri Hranuş Akopyan bildirib.  Onun sözlərinə görə, yalnız dekabr ayında Ermənistana 24, ötən ay isə 50 Suriya ermənisi gəlib. 

Azərbaycanda yeni açılacaq mədrəsələrin sayı bilindi

27 Dekabr 2016 14:35

Azərbaycanda 8-ə qədər yeni mədrəsələrin açılması nəzərdə tutulur. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. M.Qurbanl bildirib ki, mədrəsələr Bakıda və regionlarda açılacaq: “Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini Komitə ilə birgə hazırlanacaq”. M.Qurbanlı bildirib ki, tədricən Azərbaycanda din xadimləri ölkədə təhsil almış şəxslər olacaq.

XİN: Rusiya və Gürcüstanla sərhədlərin demarkasiyası üzrə danışıqlar davam edəcək

27 Dekabr 2016 14:30

Azərbaycan gələn ilin birinci yarısında Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsini planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Aureliya Qriqoriu: Bakının vasitəçiliyi Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasına kömək edib

27 Dekabr 2016 14:25

Azərbaycan diplomatiyasının ən parlaq nailiyyəti son dərəcə gərginləşmiş Rusiya-Türkiyə münasibətlərinin nizamlanması üzrə vasitəçiliyi olub. Bu sözləri Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələdə şəxsən iştirakı dövlət başçısının diplomatiya sahəsindəki böyük təcrübəsini nümayiş etdirib.