Sarkisyan 18 min Suriya ermənisinə vətəndaşlıq verdi
Bu il Ermənistana daha 516 Suriya ermənisi gəlib. Ümumilikdə isə hazırda Ermənistanda 22 min Suriya ermənisi yaşayır. Bunu diaspora naziri Hranuş Akopyan bildirib. Onun sözlərinə görə, yalnız dekabr ayında Ermənistana 24, ötən ay isə 50 Suriya ermənisi gəlib.
27 Dekabr 2016 14:36 DünyaBu il Ermənistana daha 516 Suriya ermənisi gəlib. Ümumilikdə isə hazırda Ermənistanda 22 min Suriya ermənisi yaşayır. Bunu diaspora naziri Hranuş Akopyan bildirib.
Onun sözlərinə görə, yalnız dekabr ayında Ermənistana 24, ötən ay isə 50 Suriya ermənisi gəlib.
"Bu il 18 min Suriya ermənisinə Ermənistan vətəndaşlığı, 1800 yaşayış hüququ, 300 suriyalıya isə qaçqın statusu verilib. Hazırda Ermənistanda 22 min Suriya vətəndaşı yaşayır", - deyə nazir vurğulayıb. Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31