Gündəm
Rusiyada konsulluq nümayəndəsi ölüb
Rusiyanın daha bir səlahiyyətli nümayəndəsi vəfat edib. Rusiyanın Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki konsulluğunun əməkdaşı Roman Skrılnikov infarktdan dünyasını dəyişib. Səfirlik nümayəndəsinin məlumatına görə, Skrılnikovun nəşi vətənə göndəriləcək.
Azad Rəhimov: "Heç bir gecikmə yoxdur"
"2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri plana uyğun olaraq aparılır". Bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Canlı yayımda iyrənc anlar - Hələ beləsi olmamışdı - VİDEO
Britaniyada yayımlanan "Virtually Famous" adlı verilişdə iyrənc anlar yaşanıb. Milli.Az "Haberler"ə istinadla bildirir ki, verilişin aparıcısı Kris Ramzey Viki Pattisondan aktyorMellorun ayağını öpməsini istəyib. O, bunun qarşılığında 10 fund-sterlinq verəcəyini vəd edib.
Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək
Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır. Bu sözləri iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Tehran Bakının könlünü almağa çalışır
İran prezidenti Həsən Ruhani Ermənistana etdiyi səfərin Azərbaycanda mənfi qarşılandığını, bunun “İslam həmrəyliyinə” zidd olduğunu ört-basdır etmək üçün rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini Bakıya göndərib. Vaezi İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədridir və bu vəzifəsində ölkəmizlə iqtisadi əməkdaşlığın genişlənməsinə çalışır”.
Ermənistanın KTMT-yə katiblik etmək arzusu baş tutmadı
Rusiyanın Sankt-Peterbuq şəhərində Kolkektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti toplantısı keçirilib. Toplantıda növbəti katiblik rotasiya qaydası ilə Ermənistana verilməli idi.
Avtobus dayanacaqlarında maşın saxlayan sürücülər cərimələnəcək
Azərbaycanda müntəzəm sərnişin daşıyan avtobus marşrutlarından və dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur.Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə əlavə edilən .0.8-ci bəndə görə, qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır və buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur. Maddəyə əlavə edilən digər .0.9-cu bəndə görə isə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır və buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.
Armatur oğruları ifşa edilib
Dekabrın 26-na keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki tikinti sahələrindən birindən 2000 manat dəyərində armatur oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən oranın mühafizəçiləri - Bakı şəhər sakinləri Elman Əzimov, Xəlil Yusifov və Sənan Mirzəyev tutulub.
Bakıda kabel oğrusu tutulub
Binəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən mlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də rayon ərazisindəki yol kənarının yaşıllaşdırma zolağının işıqlandırılması üçün nəzərdə tutulmuş elektrik qutusundan 3500 manat dəyərində elektrik avadanlıqlarını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müsəllim Həsənov tutulub. Araşdırma aparılır.
Sabunçuda qaçırılan avtomobil Binəqədidə tapılıb
Dekabrın 26-da Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişdir. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etmiş, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində getmişlər. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB, Nəsimi RPİ 19-cu PB və Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılmış və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Çobanı qətlə yetirən qadın tutulub
Dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən mlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub.
Nazirlikdən açıqlama
Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial inkişaf kursu, dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, dövlət proqramları ölkəmizin hərtərəfli inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanlar üçün etibarlı sosial müdafiə sisteminin qurulmasını təmin edib. Bunun nəticəsi olaraq hazırda respublika əhalisinin təxminən 26 faizi və ya 2,5 milyon nəfərdən çoxu sosial təminat sistemi ilə əhatə olunur.
İstanbulda xüsusi əməliyyat - Mafiya liderləri saxlanılıb
İstanbulda mafiya dəstələrinə qarşı geniş əməliyyat keçirilib. İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi "Sarallar", "Şahinlər" adı ilə tanınan mafiya dəstələrinə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 45 nəfər mafiya üzvü saxlanılıb. Ələ keçirilən arasında "Sarallar"ın əsas adamı hesab edilən Ələddin Saral və "Şahinlər" qruplaşmasının lideri Sədat Şahin də var.
Tu-154 təyyarəsinin "qara qutu"sundan XƏBƏR VAR
“Hədiyyəli Yeni İl” kampaniyası yekunlaşır
“AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində tam sığortalı əmanət yerləşdirən müştərilərinbu kampaniyadan yararlanmaq üçün sadəcə 4 günü qalıb. Bankdan “OLAYLAR”-a bildirilib ki, əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən aslı olaraq hədiyyə seçimi edirlər. Bu günə qədər kampaniya çərçivəsində – 60 ədəd İphone 7 və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunub.














