Ermənistanın KTMT-yə katiblik etmək arzusu baş tutmadı
Rusiyanın Sankt-Peterbuq şəhərində Kolkektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti toplantısı keçirilib. Toplantıda növbəti katiblik rotasiya qaydası ilə Ermənistana verilməli idi.
27 Dekabr 2016 15:32 SiyasətRusiyanın Sankt-Peterbuq şəhərində Kolkektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti toplantısı keçirilib. Toplantıda növbəti katiblik rotasiya qaydası ilə Ermənistana verilməli idi. Bu il, Yerevanda keçirilən konfransda Ermənistan ümid edirdi ki, Peterburq toplantısında katibliyi ələ alacaq və Azərbaycana qarşı növbəti təxribatçı hərəkətlərə yol verəcək. Belarus prezidentinin iclasa getməməsi, Ermənistanın çoxdan gözlədiyi arzusunu puç etdi. Yenidən katiblik Rusiyada qaldı və bu məsələ bir neçə ay təxirə salınmış oldu. Politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a bildirib ki, burada Azərbaycan faktoru danılmazdı: "Görünən odur ki, Azərbaycanla sıx siyasi əlaqələri olan Qazaxıstan və Belarus prezidentləri KTMT -da Azərbaycanın maraqlarını nəzərə almaqdadırlar. Və, bu təşkilatın vahid konsensusa malik olmadığının göstəricisidir. Ümumiyyətlə, KTMT parçalanmış, mövcud çağırışlara cavab verməyən Rusiya - Ermənistan ittifaqıdır. Qazaxıstan və Belarusun bu təşkilatdan ayıralacağı gözlənilir. Bu iki ölkənin KTMT fəaliyyəti, yalnız Rusiyanın maraqlarına cavab verir". Politoloq onu da deyib ki, KTMT-də Rusiya-Ermənistan ittifaqı yalnız Azərbaycana qarşıdır. Bu siyasəti yaxşı bilən Nazarbayev və Lukaşenko isə Ermənistanla bağlı tədbrləri boykot edirlər.