Tehran Bakının könlünü almağa çalışır
İran prezidenti Həsən Ruhani Ermənistana etdiyi səfərin Azərbaycanda mənfi qarşılandığını, bunun “İslam həmrəyliyinə” zidd olduğunu ört-basdır etmək üçün rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini Bakıya göndərib. Vaezi İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədridir və bu vəzifəsində ölkəmizlə iqtisadi əməkdaşlığın genişlənməsinə çalışır”.
27 Dekabr 2016 15:44 Siyasətİran prezidenti Həsən Ruhani Ermənistana etdiyi səfərin Azərbaycanda mənfi qarşılandığını, bunun "İslam həmrəyliyinə" zidd olduğunu ört-basdır etmək üçün rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini Bakıya göndərib. Vaezi İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədridir və bu vəzifəsində ölkəmizlə iqtisadi əməkdaşlığın genişlənməsinə çalışır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, Vaezi bu yaxınlarda Bakıya gəlib və Azərbaycan prezidenti İlham Əliyevlə eyni mövzuları müzakirə etmişdi: " Yəni ortada qəfil yaranan layihə də yoxdur ki, yenidən Mahmud Vaezini Bakıya gəlməyə vadar edərdi. Sadəcə, səfərin mahiyyəti Tehranın bizi sakitləşdirməyə çalışmasıdır. Elə buna aid söhbətlərdə istənilən iranlı diplomat bu sözləri deyəcək: "Baxmayın ki, Ermənistanla əlaqələrimiz var, Azərbaycanla əməkdaşlığa daha çox önəm veririk". Bu bizi sakitləşdirmək üçün düşünülən cümlədir ki, illərlə təkrarlanır". Politoloq deyib ki, Həsən Ruhani Vaeziyə 2017-ci ildə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsini hazırlamağı tapşırıb: "Vaezi Bakıda bir də onu dedi ki, İran-Azərbaycan münasibətlərində problemlərin cüzi hissəsi qalıb və bu problemlər də tez bir zamanda həll olunacaq. Daxili işlərə qarışmaq və müsəlman torpaqları işğal edən, məscidləri dağıdan ölkə ilə əməkdaşlıq nə vaxtdan "cüzi problemlər" sinfinə aiddir?.