Sabunçuda qaçırılan avtomobil Binəqədidə tapılıb
Dekabrın 26-da Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişdir. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etmiş, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində getmişlər. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB, Nəsimi RPİ 19-cu PB və Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılmış və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
27 Dekabr 2016 15:24 KriminalDekabrın 26-da Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişdir. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etmiş, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində getmişlər. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB, Nəsimi RPİ 19-cu PB və Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılmış və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.