Rusiyada konsulluq nümayəndəsi ölüb
Rusiyanın daha bir səlahiyyətli nümayəndəsi vəfat edib. Rusiyanın Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki konsulluğunun əməkdaşı Roman Skrılnikov infarktdan dünyasını dəyişib. Səfirlik nümayəndəsinin məlumatına görə, Skrılnikovun nəşi vətənə göndəriləcək.
27 Dekabr 2016 15:53 DünyaRusiyanın daha bir səlahiyyətli nümayəndəsi vəfat edib. Rusiyanın Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki konsulluğunun əməkdaşı Roman Skrılnikov infarktdan dünyasını dəyişib. Səfirlik nümayəndəsinin məlumatına görə, Skrılnikovun nəşi vətənə göndəriləcək.
Qeyd edilir ki, o, diplomat yox, Rusiyanın Ust-Kamenoqorsk şəhərindəki konsulluğuna ezam etdiyi nümayəndə olub.
Xatırladaq ki, dekabrın 19-u federasiyanın Ankaradakı səfiri Andrey Karlov qətlə yetirilmişdi, hadisədən 1 gün sonra isə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Pyotr Polşikov evində ölü tapılmışdı. Qafqazinfo.az