Gündəm
Qaz təchizatında məhdudiyyətlər olacaq
Dekabrın 28-də saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. “OLAYLAR”-ın xəbərinə görə, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Atletlər kəndindəki evlər satışa çıxarılacaq
Bakıda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsindən sonra Atletlər Kəndi şirkətə qaytarılacaq.
2016-cı ildə idmançılarımız 837 medal qazanıblar
Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar.
Binəqədidə “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” yaradıcılıq müsabiqəsi keçirilir
Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında 2016-cı il 11 mart tarixli Sərəncamına uyğun olaraq, Binəqədi rayon orta ümumtəhsil məktəblərində keçirilən “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsi davam etdirilir. “OLAYLAR”-ın xəbərinə görə, müsabiqə Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.
Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 18-də Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı qurumun mətbuat xidməti yayıb. Qəbulda Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 16.01.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Digər nəqliyyat vasitələrinin sərnişin avtobuslarının dayanacaqlarından istifadəsi qadağan edilir
Azərbaycanda müntəzəm sərnişin daşıyan avtobus marşrutlarından və dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. Məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur.
MM İntizam Komissiyası deputat Astan Şahverdiyevin məsələsinə baxıb - YENİLƏNİB
Milli Məclisin İntizam Komissiyasının bu gün iclası olub. Komissiyanın sədri, deputat Ağacan Abıyev bildirib ki, iclasda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib.
Sosial evləri bu şəxslər ala bilər – SİYAHI
Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxış edib.
Bu il Azərbaycanda 3915 zəlzələ baş verib
Dekabrın 27-də AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) akademiyanın Yer Elmləri bölməsinin və RSXM-nin Elmi - Texniki Şurasının birgə iclası keçirilib.
Hər gün istifadə etdiyimiz əşya yadplanetlilərin əlində
NASA-nın Marsa göndərdiyi kəşfiyyat robotlarının Yerə göndərdiyi görüntülər hər kəsi şoka salıb.
ABŞ-ın silahları ilə Rusiya səfirliyi vurulacaq – RƏSMİ İTTİHAM
“ABŞ-ın müdafiə xərcləri haqqında yeni qanun birbaşa anlamağa imkan verir ki, raket əleyhinə müdafiə üzrə Vaşinqtonun planları Rusiya ilə nüvə paritetinin dağıdılmasına yönəlib”.
Putinə Bakı sui-qəsdi – Şok video
Netanyahu Tereza Meylə görüşdən imtina etdi
İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniya Baş naziri Tereza Meylə görüşdən imtina edib. Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu özü söyləyib. Onun belə addım atmasına səbəb Britaniyanın BMT Təhlükəsizlik Şurasında İsrailin Fələstin ərazilərində apardığı məskunlaşma siyasətini tənqid edən qətnamənin lehinə səs verməsi olub.
Rusiya Əsədin düşmənləri ilə bir masada - ŞOK GÖRÜŞ
Milyarderi internetdə şantaj edən iki bacı tutuldu
Kanada sakini olan Ciotti və Kiran Mataru bacıları Nigeriyada bu ölkədən olan milyarder Femi Otedolanı internetdə şantaj etdikləri üçün həbs olunub.














