Gündəm
Nərimanov rayonunda daha bir küçə təmir edilir
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təmir işləri ilə əlaqədar küçədə avtonəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə və qismən məhdudiyyət tətbiq olunur. Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir.
Yayılan məlumatlar həqiqətə söykənməlidir
Son günlər bəzi kütləvi informasiya vasitələrində qəsdən dərman preparatlarının qıtlığının yaradılması, əczaçılıq məhsullarını depolarında saxlayaraq satışa çıxarılmadığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Ölkənin əczaçılıq bazarının iştirakçılarından biri kimi bildirmək istəyirik ki, bu məlumatlar həqiqətdən uzaqdır və bu çür şayiələr dərman preparatlarının qiymətlərinin tənzimlənməsi kimi mütərəqqi bir addıma kölgə salmaq niyyətindən başqa bir şey deyil.
21 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb
Pakistan İslam Respublikasında 21 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb. Bunu yerli polis idarəsindən bildiriblər. Məlumata görə, hadisə ölkə paytaxtı İslamabaddan 330 km. aralıda yerləşən Toba-Tek-Sinkh şəhərində Milad bayramı qeyd edilərkən baş verib.
Poroşenko erməni əsilli naziri işdən qovmaq istəyir
Ukraynanın daxili işlər naziri Arsen Avakovun fəaliyyəti prezident Pyotr Poroşenkonu qane etmir və prezident onu dəyişmək niyyətindədir.
Açıq-saçıq geyimi ilə gündəmə gələn 12 yerli məşhur - SİYAHI
Dünya ulduzları hər zaman geyindikləri açıq-saçıq libaslarla gündəmə gəlir. Son bir neçə ildir ki, bu cür paltar seçimi yerli məşhurlarımız arasında da dəb halını alıb.
Karlov sui-qəsdi: Yaxın Şərqdə geosiyasi dönüş nöqtəsidirmi?
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ciddi geosiyasi rezonans doğurub. Hadisənin qınanılması gözləniləndir. Heç bir ölkə belə faciələrin olmasını istəməz. Çünki hər bir dövlətin diplomatı var və ona qarşı terrorun baş verməsi qəbuledilməzdir. Konkret olaraq Türkiyə diplomatiyası erməni terroruna çoxlu sayda qurban verib. İndi A.Karlovun qətli səbəblərinin aydınlaşmasında hamıdan çox Ankaranın da marağı vardır.
66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik ediləcək
Bakıxanov qəsəbəsi, Ərəblinka adlanan ərazinin sakinlərinin çoxsaylı müracitlərini nəzərə alaraq, 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilməsi nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyinin mütəxəssissləri tərəfindən qeyd edilən ərazidə müvafiq araşdırma aparılıb və müəyyən olunub ki, 66 saylı marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi (Ərəblinka yaşayış sahəsi), əks istiqamətinə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin Nazim İsmayılov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olurdu.
Təhsil müəssisəsinin 55 illik yubileyi qeyd olunub
Bakı şəhəri 158 mömrəli tam orta məktəbin 55 illiyinə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, millət vəkili İlham Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, akademik Fikrət Əliyev, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Əcnəbilər üçün “Azərbaycan dili” dərsliyi
Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin həmmüəllifliyi ilə əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi (Bakı, 2016) işıq üzü görüb. Bu ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış dərslik hesab oluna bilər. BDU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova, alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə hazırlanmış dərslik təkcə nəfis tərtibatı ilə yox, həm də innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə diqqəti cəlb edir.
AMEA-nın növbəti iclası keçirilib
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verdi. Elmi-təşkilatla məşğul olan işçilərin il ərzində qazandıqları uğurları yüksək qiymətləndirən akademik fəaliyyətlərindəki bəzi çatışmamazlıqların aradan qaldırılmasını tövsiyyə etdi. Akademik İsmayıl Hacıyev 2017-ci ildə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksətmək üçün institut direktorlarına müvafiq tapşırıqlarını verdi.
Azərbaycan və İran arasında Dövlət Komissiyasının iclası və biznes forum keçirilib
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 27-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası və Azərbaycan-İran biznes forumu keçirilib.
Muzeydə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olumuş tədbir keçirilmişdir
27 dekabr 2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Muzey və YAP “Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı” ilə birgə təşkil olunmuşdur.
Zamanın çağırışlarından irəli gələn dəyişikliklər həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına xidmət edəcək
Dünya maliyyə və kapital bazarlarında hökm sürən mürəkkəb iqtisadi şəraitdə Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir və bu, özünü vergi sistemində də aydın göstərir. Azərbaycan Respublikasının vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov AZƏRTAC-a məxsusi müsahibəsində vergi sistemindəki yeniliklər barədə söhbət açıb.
İdman mütəxəssisləri təltif olunublar
Dekabrın 27-də Gənclər və İdman Nazirliyində bir qrup idman mütəxəssisinə fəxri adların təqdim olunması ilə əlaqədar tədbir keçirilib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov cari ildə ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycanda idman siyasətinin nəticəsində idmançılarımız ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər. Ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan nazir Azərbaycanın dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. Sonra Azad Rəhimov nazirliyin kollegiyasının qərarına əsasən, idman sahəsində fərqlənmiş bir qrup idman mütəxəssisini təltif edib.
Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb
Dekabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.










.jpg)



