AMEA-nın növbəti iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verdi. Elmi-təşkilatla məşğul olan işçilərin il ərzində qazandıqları uğurları yüksək qiymətləndirən  akademik fəaliyyətlərindəki bəzi çatışmamazlıqların aradan qaldırılmasını tövsiyyə etdi. Akademik İsmayıl Hacıyev 2017-ci ildə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksətmək üçün institut direktorlarına müvafiq tapşırıqlarını verdi.

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verdi. Elmi-təşkilatla məşğul olan işçilərin il ərzində qazandıqları uğurları yüksək qiymətləndirən  akademik fəaliyyətlərindəki bəzi çatışmamazlıqların aradan qaldırılmasını tövsiyyə etdi. Akademik İsmayıl Hacıyev 2017-ci ildə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksətmək üçün institut direktorlarına müvafiq tapşırıqlarını verdi.

Həmçinin akademik İsmayıl Hacıyev "Naxçıvan tarixi" çoxcildliyinin Naxçıvan Muxtar Respublikası mükafatına təqdim edildiyini bildirdi.

İclasda Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Taryel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək "Naxçıvan tarixi" çoxcildliyinin nəşrini yüksək qiymətləndirdilər.

Tədbirdə bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov elmi-tədqiqat institutlarında 2017-ci ildə görüləcək işlərinin planını açıqladı. Plana əsasən 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 34 işin 75 mərhələdə həyata keçirilməsi nəzərdə tutulduğunu bildirdi. Mövzular Rəyasət Heyətində müzakirədən sonra təsdiq edildi.

İclasın sonunda Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə cari məsələlərdən danışdı. O, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın, Catherine Marronun, Remi Berthonun, Savaş Sarıaltunun həmmüəllif olduqları "Kültəpədə arxeoloji tədqiqatlar (2013-2016)" və Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayevanın "Naxçıvan kimyaçıları" adlı hazırladıqları kitabları Rəyasət Heyətinin üzvülərinə təqdim etdi. Müzakirələrdən sonra kitabların nəşrinə icazə verildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31