İdman mütəxəssisləri təltif olunublar

Dekabrın 27-də Gənclər və İdman Nazirliyində bir qrup idman mütəxəssisinə fəxri adların təqdim olunması ilə əlaqədar tədbir keçirilib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov cari ildə ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycanda idman siyasətinin nəticəsində idmançılarımız ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər. Ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan nazir Azərbaycanın dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. Sonra Azad Rəhimov nazirliyin kollegiyasının qərarına əsasən, idman sahəsində fərqlənmiş bir qrup idman mütəxəssisini təltif edib.

Dekabrın 27-də Gənclər və İdman Nazirliyində bir qrup idman mütəxəssisinə fəxri adların təqdim olunması ilə əlaqədar tədbir keçirilib. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov cari ildə ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycanda idman siyasətinin nəticəsində idmançılarımız ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər. Ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan nazir Azərbaycanın dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. Sonra Azad Rəhimov nazirliyin kollegiyasının qərarına əsasən, idman sahəsində fərqlənmiş bir qrup idman mütəxəssisini təltif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31