Gündəm
Hərbi xidmətə könüllü yollanmışdı, şəhid oldu
Suriyanın Əl Bab bölgəsində davam etdirilən "Fırat Qalxanı" əməliyyatında ağır yaralanan və Ankarada hərbi hospitalda müəlicə alan Məhəmməd Bozarslan dünyasını dəyişib.
Strateji Yol Xəritəsi: Milli iqtisadiyyatın inkişafında yeni dönəm
XX əsrin sonları və yeni yüzilliyin əvvəllərində dünyanın siyasi ab-havasını dəyişdirən qlobal transformasiyalar ölkələrin iqtisadiyyatlarında da öz təsirini göstərməkdədir. Tərəqqi, durğunluq və tənəzzül fazalarının əvvəllər olduğu kimi ayrıca götürülmüş ölkələrdə deyil, məhz qlobal miqyasda bütün ölkələrdə demək olar ki, eyni zamanda müşahidə olunması da məhz müasir dövrümüzün təzahürlərindən biridir. Hazırda, qloballaşma şəraitində milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda iqtisadi inkişaf proseslərinə təsir göstərən qlobal siyasi, iqtisadi faktorların da sayı ciddi şəkildə artmışdır.
Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku”nda finalçılar məlum olub
“Binə Atçılıq Mərkəzi”nin qapalı manejində Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku”nun yarımfinal mərhələsinə yekun vurulub. Əvvəlcə meydana “Sərhədçi” və “Qarabağ” komandaları çıxıblar. Görüş “Sərhədçi” komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. Digər yarımfinal görüşündə isə “Polad” komandası “Köhlən” kollektivini 5-1 hesabı ilə məğlub edib. Dekabrın 28-i Saat 15:00 -da 3-cü yer uğrunda görüş başlayacaq. Meydana “Qarabağ” və “Köhlən” komandaları çıxacaqlar. Saat 16-da isə final oyunu keçiriləcək. Prezident kuboku uğrunda “Sərhədçi” və “Polad” komandaları üz üzə gələcəklər.
Şəmkirdə 4 otaqlı ev yanıb
Şəmkir rayonu, Düyərli kəndində vətəndaşa məxsus4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 47 m2 sahədə, döşəməsi 2 m2 sahədə və zirzəmisinə yığılmış ev əşyaları 5 m2 sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qanunsuz ceyran ovu ilə məşğul olan ata və oğul tutulub
Çobanı qətlə yetirən qadın tutulub
Dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən mlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub.
Nazirlik zona müşavirəsi keçirəcək
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2016-ci ilin dekabr ayının 28-də Ucar rayonunda (Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə), dekabr ayının 29-də isə Şəki rayonunda (Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçiriləcək. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, zona müşavirələrinin gündəliyinə rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir.
Əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı
“Ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir. Əməyin hüquq müfəttişləri də qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, rəy və təklif verirlər”. Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib. S.Mehbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin səlahiyyətləri “Həmkarlar ittifaqları haqqında” Qanuna, sahə həmkarlar ittifaqı respublika komitələrinin nizamnamələrinə və “Azərbaycan həmkarlar ittifaqlarında hüquq müfəttişliyi haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən edilib.
TRT-1-in Azərbaycanda yayımı bərpa olunur
Azərbaycanda TRT-1 telekanalının yerüstü rəqəmli yayımı, böyük ehtimalla, 2017-ci ilin yanvar ayında bərpa olunacaq.
Dilimizdəki problemlərin həlli üçün YENİ ADDIM
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutu "Azərbaycan dilində durğu işarələri" adlı nəşr hazırlamağı nəzərdə tutur. Bu barədə İnstitutdan məlumat verilib. İnstitutdan bildirilib ki, bu məsələ artıq gələn ilin iş planına daxil edilib.
Təhlükəli Yeni il bağlamaları alarkən nələrə diqqət etməliyik? - VİDEO
"Ölkəyə qaçaqmalçılıq yolu ilə bəzi mallar keçirilir"
Vəkil İlhamə Quliyevanın köməkçisinə bəraət istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovanın vəkili Vasif Mirzəyev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. O qeyd edib ki, cinayət işində olan materiallar sübut kimi qiymətləndirilə bilməz: "İlhamə Quliyevanın əmlakını ələ keçirmək üçün Vüqar Bəkirov və Orxan belə bir ssenari qurublar. Mehriban Hüseynovanın əleyhinə ifadə verən Vüqar Bəkirov hazırda dələduzluq ittihamı ilə həbsdədir. Bu, bir daha Mehriban Hüseynovanın günahsız olduğunu sübut edir. Əgər Mehriban Hüseynovanın əməlində soyğunçuluq niyyəti olsaydı, onda olan etibarnamədən əvvəlcədən istifadə edərdi. Açıq talama yolu ilə daşınmaz əmlakı ələ keçirmək mümkün deyil. Mən hesab edirəm ki, Mehriban Hüseynovanın əməlində heç bir cinayət tərkibi yoxdur və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edirəm".
"Rusiya Qarabağ münaqişəsi ilə bağlı hər şeyi edəcək"
Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir. Ona görə də bizdən asılı olan nə varsa, yerinə yetiriləcək ki, prosesin normallaşması dayanmasın, əksinə intensivləşsin.
On bir evi qarət edənlər yaxalanıb
Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən istintaq əməliyyat tədbirləri aparılıb. DİN-dən verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasov ilə birgə oktyabrın 22-dən dekabrın 7-dək şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladıqları müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulublar. Faktlarla bağlı cinayət işi aşılıb, araşdırma aparılır.














