Gündəm
Məmurlar arasında dava düşdü
TBMM Konstitusiya Komissiyasında, AKP və CHP-li üzvlər arasında dava düşüb. Milli.Az sözcü-yə istinadən xəbər verir ki, konstitusiya dəyişikliyi təklifiylə bağlı keçirilən görüşlər zamanı komissiyanın hər konfransı gərginliyi ilə yadda qalır. Qeyd edək ki, bugünkü davaya bənzər qalmaqal ötən gün də qeydə alınmışdı.
Pakistanda 32 nəfər içkidən zəhərlənərək ölüb
Pakistanda 32 nəfər keyfiyyətsiz spirtli içkidən zəhərlənərək ölüb. Məlumata görə, bu barədə “BBC News” xəbər yayıb. Hadisə Pəncab vilayətində baş verib. Xristianlar Milad bayramını qeyd etmək üçün spirtli içki məclisi qurublar. Nəticədə 30 xristian və 2 müsəlman zəhərlənib. Daha 60 nəfər xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən içkiyə metanol əlavə edilib.
Prezident 2017-ci il üzrə dövlət büdcəsini təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində təsdiq edilib. Apa.az
ADU-da Tərcümə kafedrasının 50 illik yubileyi qeyd olunub
Dekabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə kafedrasının (indiki İngilis dilinin tərcüməsi kafedrası) yaranmasının 50 illik yubileyi qeyd olunub.
“Xudafərin” Sazişi İran parlamenti tərəfindən ratifikasiya edilib
“Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi bu yaxınlarda İran parlamenti tərəfindən ratifikasiya edilib. Sazişin siyasi və iqtisadi əhəmiyyəti böyükdür”. Bu barədə dekabrın 27-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Sülh fəalları Berlindən Suriyaya yürüşə başladı
Yüzlərlə sülh fəalı Berlindən müharibənin davam etdiyi Suriyaya yürüşə başlayıb. Bir neçə ay davam edəcək yürüşün məqsədi Suriyada davam edən döyüşlərə son qoyulmasına çağırmaqdır.
İnsan alverində təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində insan alverində təqsirləndirilən Sevda Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ali Məhkəmə Leyla və Arif Yunusların şikayətini təmin edib
Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Özəlləşdirilməyə çıxarılan "Daşkəsən Filizsaflaşdırma"nın maliyyə göstəriciləri açıqlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi"Daşkəsən Filizsaflaşdırma" ASC-nin nizamnamə kapitalının 99,22%-nin satışı üzrə (səhmlərin 0,78%-i əmək kollektivi üzvləri tərəfindən güzəştli satış vasitəsilə alınıb) investisiya müsabiqəsi elan edir.
Rusiya XİN: Apreldə Qarabağda döyüşlərin qarşısını Moskvada keçirilən görüşdə almaq mümkün oldu
"Rusiya tərəfinin səyi ilə Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəislərinin Moskvada keçirilən görüşündə 2016-cı ilin aprel ayının əvvəlində Dağlıq Qarabağda baş vermiş genişmiqyaslı hərbi fəaliyyətin qarşısını almaq mümkün olub".
Bakıda Xəzərin statusuna dair Azərbaycan-Rusiya məsləhətləşmələri keçirilib
Bakıda Azərbaycanla Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Kukla teatrında yubiley tədbiri
Yeni böhran gözlənilir
Rusiya valyuta bazarı ənənəvi olaraq mənfi tendensiyanın müşahidə olunduğu dekabr ayında rekord vurub.
“Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı”
Dekabrın 27 – də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı” ikicildliyinin təqdimat mərasimi keçirildi. Tədbirdə görkəmli ədəbiyyatçılar, tənqidçilər və yazıçılar da iştirak etdilər.














