Gündəm
“ASAN xidmət”in fəaliyyəti barədə məqalə dərc edilib
Efiopiyanın aparıcı və böyük oxucu kütləsinə malik olan “The Reporter” qəzetində “ASAN xidmət”in fəaliyyəti barədə məqalə dərc edilib. Məqalədə “ASAN xidmət”in bu ilin dekabr ayında Afrika İttifaqının mənzil-qərargahında 54 üzv ölkələrin nümayəndələrinin qarşısında keçirilmiş təqdimatı barədə məlumat verilir, ölkəmizin vətəndaşlara xidmət göstərilməsi sahəsində əldə etdiyi təcrübəsinin Afrika ölkələri ilə bölüşməsinə hazır olduğu vurğulanır.
Xidmət rəisi hərbi hissədən güllə oğurladı və...
Ermənistanda hərbi hissələrin birinin kommunal xidmətinin rəisi Sarkis Kirakosyan satış məqsədi ilə hərbi hissədən qüllə oğurlamaqda ittiham olunur. S. Kirakosyan hərbi hissənin çavuşu Armen Muradyanı dəfələrlə qüllə oğurlamağa məcbur edib, sonradan güllələri Stepanavan şəhər sakinlərindən birinə satıb. İttiham olunan S. Kirakosyanın işi məhkəməyə göndərilib. Apa.az
Avtobus PARTLADI: ölən və yaralı var
Livanın Biqa vilayətində avtobus partlayıb. Hadisə nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı bildirilir. Partlayışın səbəbi hələ məlum deyil. Trend.az
Türkiyə Hava Qüvvələri İŞİD-ə qarşı əməliyyatları dayandırdı
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb. Bu barədə ölkənin hərbi mənbələri məlumat verib. Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir.
2016-cı ildə ev audiotexnikası bazarının həcmi 11 milyard dollara yaxınlaşacaq
“IBM Watson” superkompüterinin intellekti “ağıllı” avtomobilləri idarə edəcək
“Ağıllı” eynək beyin impulslarını hesablayacaq
“Chrome” brauzerlər bazarında mövqeyini möhkəmləndirir
Məşhur britaniyalı aktrisa vəfat etdi
Məşhur britaniyalı aktrisa Liz Smit 95 yaşında vəfat edib. L.Smit "The Royle Family" və "Vicar of Dibley" kimi məşhur komediya seriallarında rol alıb. Britaniyanın film və televiziya sənətçilərinə verilən məşhur "BAFTA" mükafatına layiq görülüb.
“Facebook”da boşluq istifadəçilərin elektron ünvanlarını açıqlayır
Amerikanın proqram tərtibatçısı Tommi DeVoss “Facebook” sosial şəbəkəsində istifadəçilərin elektron poçtlarının məxfi ünvanlarını ələ keçirməyə imkan verən boşluq aşkarlayıb.
Alimlər: Soyuq iqlim quşları “ağıllanmağa” məcbur edir
Beynəlxalq tədqiqat qrupu bu qənaətə gəlib ki, olduqca çətin iqlim şəraiti quşlarda beyin həcminin artmasına gətirib çıxarır. Ecoportal.su saytı xəbər verir ki, beyinin qeyri-proporsional inkişafının səbəbləri bəzi qrup canlılarda, məsələn, insanda hələ tam aydın deyil. Bununla yanaşı, alimlər bildirirlər ki, sosial həyat tərzi, irsiyyət və iqlim şəraiti beyinin inkişafına gətirib çıxaran amillərdir.
Nə üçün insanlar musiqi əsərlərinə müxtəlif cür reaksiya verirlər?
Mütəxəssislər bildiriblər ki, insanlar eyni musiqi əsərlərinə fərqli reaksiya verirlər. Danimarkanın Orhus Universiteti əməkdaşlarının sözlərinə görə, onlar kompleks layihələrin həyata keçirilməsi sayəsində maraqlı qanunauyğunluq qeydə alıblar. Tədqiqatlarda onların Finlandiyanın Helsinki Universitetindən olan həmkarları fəal iştirak ediblər. “Healthvesti.com” saytı xəbər verir ki, tədqiqatın nəticəsi “Neuroscience” jurnalında dərc edilib.
Diqqət: Yeni test gizli inkişaf edən eşitmə problemini üzə çıxaracaq
Yaşlı adamlar hər gün eşitmə çətinlikləri ilə qarşılaşırlar, halbuki onların eşitmə testlərinin nəticələri çox vaxt normal və ya təxminən normal olur. Bu isə o deməkdir ki, eşitmənin itirilməsi həkimlərin düşündüyündən də geniş yayılmış təzahürdür. Amma indi mütəxəssislər ənənəvi audioqramların üzə çıxara bilmədiyi gizli inkişaf edən eşitmə problemlərini müəyyən etməyin daha səmərəli üsulunu tapıblar.
"Neftçi"də daha bir ayrılıq
"Neftçi" daha bir futbolçusuyla yollarını ayırıb. Söhbət Jonas Pesallidən gedir. 26 yaşlı yarımmüdafiəçi özü komandadan ayrılmaq istəyib. O, "ağ-qaralar"la başa çatan müqaviləsinin müddətini uzatmayıb.
Milyarder qızının 3 milyonluq toy üzüyü
Ağaoğlu Şirkətlər Qrupu İdarə heyəti başçısı Əli Ağaoğlunun qızını evləndirməsi haqda xəbər vermişdik.














