Gündəm
Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib
Türkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər. Atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək. Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.
"Azərbaycan dilində terminologiya ilə bağlı problemlər var"
“Azərbaycan dilinin həm elmi, həm də danışıq istiqamətində qrammatikasının yazılmasına ehtiyac var". Bunu açıqlamasında təhsil eksperti Əfdər Ağayev deyib.
“Peşə təlimi zəmanətli gələcəkdir!”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Peşə təlimi zəmanətli gələcəkdir!” layihəsi çərçivəsində təlimlərə start verilib.
Fidel Kastronun adından istifadə qadağan edildi
Kuba parlamenti ictimai yerlərdə inqilab lideri Fidel Kastronun adından və şəklindən istifadəni qadağan edən qanunu təsdiq edib.
Dini radikalizmlə mübarizə hər birimizin borcudur
Şəki şəhər mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Şəhidlik zirvəsi” adlı dini maarifləndirici tədbir keçirilib.
Ermənilər 41 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 41 dəfə pozub.
Gəlin "Facebook"da şəklini paylaşıb, intihar etdi
Türkiyənin İzmir şəhərində əri tərəfindən döyülən 29 yaşlı Fatma S. bədənindəki ləkələrin şəklini sosial şəbəkədə paylaşdıqdan sonra dərman qəbul edərək intihar edib.
Rusiyada azərbaycanlı bankomat oğruları tutuldular
Rusiyanın Sankt-Peterburq şəhərində bankomat oğruları tutulublar. Şəhərin mərkəzindəki küçələrin birindən bankomatı oğurlayanlar onu yaxınlıqdakı avtoservisə gətiriblər. Bankomatı açmaq istəyərkən isə hadisə yerinə polis gəlib. 7 nəfər həbs edilib. Onların əksəriyyəti azərbaycanlıdır. Lent.az
Bakıda Vərəm Dispanserində qətl törədilib- YENİLƏNİB
Dünən Bakıda xəstəxanalardan birində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Məlumata görə, Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsindəki Vərəm Dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qaynanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qaynanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Fillər hücum etdi: ölən və yaralananlar var
Səhər saatlarında fillər Nepalın Praseni kəndinə hücum ediblər. Məlumata görə, fillərin hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Təhlükəli virus yayılıb
Son günlərdə Azərbaycanda yoluxucu xəstəlik yayılıb. Virus daşıyıcıları daha çox baş ağrısı, qızdırma, ürəkbulanma və bir çox hallardan şikayətlənirlər. Hətta sosial şəbəkələrdə yayılmış virusun ciddi olduğunu, kütləvi hal aldığını yazanlar da var. Respublika Gigiyena və Epidemiologiya Mərkəzində baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva açıqlamasında bildirib ki, hazırda Azərbaycanda hər hansı bir qrip virusu aşkar olunmayıb. Sakinlərdə müşahidə olunan mövsümi xarakter alan respirator virus infeksiyalarıdır: "Hazırda ölkədə respirator infeksiya, qrip halları ilə bağlı artım yoxdur, əksinə, ötən illə müqayisədə eyni səviyyədədir. Virusların yayılmasının əsas səbəbi də sakinlərin həkimə müraciət etməməsi, xəstə vəziyyətdə ictimiyyət arasına çıxmasıdır".
Paytaxtın daha bir küçəsi təmir olunur
Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir.
Elmin İnkişafı Fondu qrant müsabiqəsi elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Fondun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla və elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyini nəzərə alaraq 2016-cı ildə məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqə 2016-cı il 21 dekabr tarixində keçirilmiş AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasının Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində müəyyənləşdirilmiş məqsədlərinə də müvafiqdir.
Ərindən ayrı səyahət etdiyinə görə başını kəsdilər
Əfqanıstanda dəhşətli hadisə baş verib. Əfqanıstanın Sar-e Pul vilayətində "Taliban" üzvləri 30 yaşlı qadının başını kəsiblər. Vilayətin sözcüsü Zabiullah Amani cinayətin "Taliban"la bağlı qruplar tərəfindən törədildiyini açıqlayıb. Milli.Az "Haberler"ə istinadla bildirir ki, qadının başı ərindən ayrı səyahətə çıxdığı üçün kəsilib.
Əmrah 750 minlik təklifi rədd etdi
Türkiyənin məşhur müğənnisi Əmrah 750 minlik təklifi rədd edib. Müğənni Özbəkistandakı oteldə səhnəyə çıxmaq təklifinə yox deyib. Milli.Az "Cadde"yə istinadla bildirir ki, aktyor serial çəkilişlərində iştirak etdiyinə görə xahişi qəbul etməyib.














