“Peşə təlimi zəmanətli gələcəkdir!”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Peşə təlimi zəmanətli gələcəkdir!” layihəsi çərçivəsində təlimlərə start verilib.
28 Dekabr 2016 12:07 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Peşə təlimi zəmanətli gələcəkdir!" layihəsi çərçivəsində təlimlərə start verilib.
Layihə çərçivəsində ilk tədbir Bakı şəhərində 164 saylı orta məktəbdə həyata keçirilib. Təlimlər bu sahədə təcrübəli təlimçi Məmmədova Ülvi tərəfindən həyata keçirilib.
Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir. Layihənin əsas məqsədi də gəncləri peşə təlimi və bu sahənin ixtisasları ilə bağlı məlumatlandırmaqdır. Gənclərə həm peşə mahiyyəti, həm də gələcək üçün doğru seçim barəsində məlumatlar veriləcək.