Gündəm

Yağmursuz havalar geri qayıdır

28 Dekabr 2016 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Yeni ildə ƏFV olacaqmı? - Rəsmi AÇIQLAMA

28 Dekabr 2016 13:00

"Əfv sərəncamı birbaşa prezidentin səlahiyyətində olan məsələdir". Bunu açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, əfv sərəncamının nə zaman imzalanmasını ancaq prezident özü müəyyənləşdirir:

Nazir yeyintilərə görə Baş Prokurorluğa müraciət etdi

28 Dekabr 2016 12:58

Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətə əsasən, Nazirliyin internet saytında (http://agro.gov.az/subsidiyalar) yerləşdirilmiş məlumatda Şəhla Məmmədəli qızı İsmayılovaya ödəniləcək yardımın məbləği 9900 AZN göstərildiyi halda, Kapital Bank ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5000 AZN ödənilib.

"Kara Sevda"nın aktrisası ərini əlindən aldığı müğənni ilə üz-üzə

28 Dekabr 2016 12:52

Türkiyənin tanınmış müğənnisi Aşkın Nur Yengi jurnallardan birinə müsahibə verib. O, şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Müğənni xəyanətə uğradığını söyləyib. "Bu həyatda məni ən çox xəyanətə uğramağım məyus etdi". Aşkın Nur Yengi 2006-cı ildə Haluk Bilginer ilə nikah masasına oturmuşdu. Lakin onlar 2012-ci ildə boşanıblar. Onların boşanmasına səbəb isə Halukun hazırda "Kara Sevda" serialına çəkilən Zerrin Tekindör ilə gizli eşq yaşaması olub.

Yaşayış binasına dəyən ziyanın miqdarı açıqlanıb

28 Dekabr 2016 12:50

Ötən il aprelin 10-da Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində dəyən ziyanın miqdarı məlum olub. Məlumata görə, dəymiş ziyan 904 min manat məbləğində müəyyənləşdirilib.

Şahid: "Təmir-tikinti üçün ayrılan pulların 35 faizini nazirliyə verirdik" - “RABİTƏ İŞİ”

28 Dekabr 2016 12:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yerusəlimdə 2100 yaşı olan badə tapıldı

28 Dekabr 2016 12:44

İsraildə arxeoloqlardan ibarət qrup Yerusəlimdə əhəngdaşıdan badənin fraqmentini aşkarlayıblar.

Məşhur futbolçunun evi qarət olundu

28 Dekabr 2016 12:38

Argentinalı futbolçu Karlos Tevezin toy günü evi qarət olunub.  32 yaşlı ulduz futbolçusu Karlos Tevez sinf yoldaşı ilə evlənib. Karlosun Uruqvayda keçirilən toyunda futbolçu dostları, tanınmışlar və Argentina Prezidenti Maurisio Masri də iştirak edib. Lakin həmin gün məşhurun başına xoşagəlməz hadisə gəlib. Belə ki, ulduzun Buenos-Ayresdəki evi qarət olunub. Hadisəni aydınlaşdırmaq üçün Karlos Tevez Uruqvaydan Buenos-Ayresə qayıdıb. Lakin sonradan xanımı ilə Meksikaya bal ayına yollanıb.

7 gündür yoxa çıxan qızı bir evdə tapdılar

28 Dekabr 2016 12:34

Samsunda 7 gün öncə itən 17 yaşlı M.S. adlı qız polisin basqın etdiyi evdə tapılıb.  Qız tikinti materialları satan şirkətdə işə başlayıbmış. Bir həftə əvvəl işə getmək üçün evdən çıxan M.S.-in gecə saatlarına qədər evə dönməməsi və telefona da cavab verməməsi ailəsini narahat etməyə başlayıb. Valideynləri bir gün sonra qızlarının iş yerinə getdiyində onunla qarşılaşıblar. M.Ş. atasına: "Səndən üzr istəyirəm, axşam evimizə gələcəyəm", - deyərək atasının yanından ayrıldıqdan sonra bir daha evə qayıtmayıb. Bundan sonra M.Ş.-in atası R.S. polisə gedərək qızının itkin düşdüyü barədə müraciət edib.

40-a yaxın avtomobil toqquşdu: yaralılar var

28 Dekabr 2016 12:32

Kanadanın qərbində zəncirvari yol qəzası baş verib. Axşam saatlarında Ontarioda 30-40 avtomobil toqquşub. Hadisə nəticəsində ən azı 15 nəfər xəsarət alıb. Qəzaya səbəb kimi yolun buz bağlaması göstərilir. Trend.az

Avropa ölkəsi viza rejimini ləğv edəcək

28 Dekabr 2016 12:29

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək.  Bununla bağlı xarici işlər naziri İvitsa Daçiçin iştirakı ilə keçirilən görüşdə ümumvətəndaş pasporta malik Azərbaycan, Ermənistan və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi prosesinə başlamaq barədə qərar qəbul edilib.

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı keçirilib

28 Dekabr 2016 12:27

27 dekabr tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında (ABŞ) Səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilmişdir. Paytaxt Vaşinqton şəhərinin mötəbər və məşhur məkanlarından sayılan “Mayflower” hotelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşlarımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporasının fəal üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdir. 

“Ailə və cəmiyyət münasibətlərində gənclərin rolu”

28 Dekabr 2016 12:23

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Ailə və cəmiyyət münasibətlərində gənclərin rolu” adlı layihənin bağlanış mərasimi keçirilib.

Sağlamlığının regional proqnozlaşdırılması aparılır

28 Dekabr 2016 12:21

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən biokimyəvi rayonlaşdırma və əhalinin sağlamlığının regional proqnozlaşdırılması aparılır. İnstitutun direktor müavini Dadaş Hüseynov illik hesabatın təqdimatında çıxışı zamanı deyib ki, rayonlaşdırma və proqnozlaşdırma 2015-2017-ci illəri əhatə edir.

Azərbaycan və Rusiya Ombudsmanları arasında saziş imzalanıb

28 Dekabr 2016 12:16

Bakıda "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf" mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycanın müstəqilliyinin 25 illiyinə, Azərbaycanda "Multikulturalizm ili"nə və Ombudsman haqda Konstitusiya Qanununun qəbul olunması ilə ilk Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunub. Tədbirdə Ombudsman Elmira Süleymanova hesabat xarakterli məruzə ilə çıxış edib. O, 15 ildə görülən işlər haqda məlumat verib.