Gündəm
Türkmənistanda məmurlar və deputatlar prezidentliyə iddia edir
Türkmənistanda prezident seçkisinə qatılacaq 9 namizəd qeydiyyatdan keçib.
Rusiya təyyarəsinin ikinci "qara qutu"su tapıldı
Rusiyanın qəzaya uğrayaraq Qara dənizə düşən "Tu-154" təyyarəsinin ikinci "qara qutu"su tapılıb. Qeyd olunur ki, hazırda "qara qutu"nun dənizin dibindən çıxarılması üçün iş gedir. Xartırladaq ki, "Tu-154" dekabrın 25-də Qara dəniz üzərində qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 92 nəfər, o cümlədən Aleksandrov ansamblının artistləri və 9 telejurnalist olub. Bu barədə Trend RF Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Tələbəni zorlayıb məscidin həyətinə atıb qaçdı - anbaan kameralara düşdü - VİDEO - FOTO
Türkiyədə daha bir təcavüz hadisəsi qeydə alınıb. İstanbulda tələbə A.Ç.-nin yolunu kəsərək yerə yıxıb təcavüz edən Monqolustan vətəndaşı hadisədən qısa müddət sonra saxlanılıb. İstanbulda "Erasmus" sistemi ilə təhsil alan A.Ç. kafedən çıxıb evə gedərkən küçədə təcavüzə uğrayıb. Belə ki, Monqolustan vətəndaşı olan T.B.E. onun qarşısına çıxaraq yerə yıxıb, huşunu itirən qızı zorlayıb, sonra da məscidin həyətinə atıb qaçıb. T.B.E. qaçarkən qızın telefonunu da oğurlayıb. Huşunu itirmiş halda yerdə uzanan qızı görənlər ambulans çağırıblar, polisə xəbər veriblər.
14 yaşlı gənc özünü güllələdi
Saatlıda 14 yaşlı oğlan özünü güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 27-də Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Əli Abbasovdan ETİRAF: "Eldar Mahmudovdan çəkindim..."
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir.
Qanunsuz dollar satan cəriməlndi
Bakıda qanunsuz xarici valyuta satan daha bir şəxs cərimə edilib. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Bakı şəhər sakini Asəf Musayev paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 370 manata dəyişdiyi üçün RPİ əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Pensiyaya çıxmaq yaşı artırılır, qanun layihəsi Milli Məclisdə
Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub. Məlumata görə, qanun layihəsinin bu ilin sonunda müzakirəyə çıxarılması nəzərdə tutulsa da, sənədin müzakirəsinin vaxtı dəyişdirilərək parlamentin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.
ABŞ Dövlət Departamenti: PKK Sincardan çıxmalıdır
“PKK-nın İraqın Sincar bölgəsində mövcudluğu sülh və məcburi köçkünlərin geri qayıtması üçün əsas maneədir”. “Anadolu” agentliyinin yaydığı məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner deyib.
Ölən şəxsin yanında kimi dəfn etmək mümkün olacaq?
“Milli Məclis gələn il “Məzarlıqlar haqqında” qanun layihəsinə baxacaq”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Biləsuvar iğtişaşlarına görə 10 nəfər saxlanıldı
Biləsuvarda məskunlaşan Cəbrayıl köçkünlərin elektrik enerjisinin verilməməsinə görə dekabrın 22-də keçirdikləri etiraz aksiyasında təqribən 10-a qədər şəxs saxlanılıb.
Mərkəzə cəlb olunmuş uşaqlar üçün bayram şənliyi təşkil edilmişdir
"Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra etdiyi "Sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial-psixoloji yardım mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində layihəyə cəlb edilmiş uşaqların və onların valideynlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.
Elmira Süleymanova ombudsmanlığa yenidən namizəd olacaq?
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova üçüncü müddətə bu vəzifəyə namizədliyinin irəli sürülüb-sürülməyəcəyi məsələsinə münasibət bildirib. E. Süleymanova bu məsələ ilə bağlı qərarı gözlədiklərini deyib.
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təhlil edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin SAM Review adlı xüsusi nəşrinin növbəti sayı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinin qiymətləndirilməsinə həsr edilib.
Dini icmaların iştirakı ilə ilin yekunları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə dini durumun vəziyyəti ilə bağlı ilin yekunları və bu sahədə növbəti ildə görüləcək işlərə dair müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müşavirədə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis polkovniki Teymur Mehralıyev, bələdiyyə sədrləri, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.
"Erməni deputatların Qarabağa getməsi..."
“Ermənilərin ilk gündən məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək olub. Bu gün də o istiqamətdə gedirlər”. Bunu açıqlamasında millət vəkili Elman Məmmədov erməni deputatlarının Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.














