Gündəm

Bir sıra verilişlər tamaşaçı zövqünün korlanmasına səbəb olur

28 Dekabr 2016 14:45

"Bu ilin ən mühüm qərarı ANS TV və ANS ÇM-in lisenziyasına xitam verilməsi oldu".  Bunu açıqlamasında Milli Televiziya və Radio Şurası(MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib. 

İmişlidə 5 otaqlı ev yanıb

28 Dekabr 2016 14:41

İmişli rayonunda vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Şəmkirdə 3 otaqlı ev yanıb

28 Dekabr 2016 14:41

Şəmkir rayonu, Könüllü kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 3 otaqlı köməkçi tikilinin çardağının yanar konstruksiyaları 36 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İŞİD-in 44 terrorçusunu məhv edib

28 Dekabr 2016 14:38

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində ötən gün terrorçu İŞİD qruplaşmasının 44 silahlısı məhv edilib. 

Azərbaycan prezidenti 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

28 Dekabr 2016 14:34

Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub. Məlumata görə, dövlət başçısı mərkəzi işə salıb.

Belarus səfiri bloqqer Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə münasibət bildirib

28 Dekabr 2016 14:32

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bloqqer Aleksandr Lapşinin Azərbaycanın müraciəti əsasında ölkəsində saxlanması və ekstradisiyasına dair danışıqların getməsi ilə bağlı məsələyə münasibət bildirib. Məlumata görə, səfir müraciət qanuni cəhətdən əsaslı olduğu halda A. Lapşinin Azərbaycana təhvil verilməsinin istisna olmadığını deyib.

Qəzaya uğrayan Rusiya təyyarəsi: Pilotların son danışığı

28 Dekabr 2016 14:30

Rusiyada ötən həftə sonu Qaradənizə düşən hərbi təyyarənin pilotları arasındakı son dialoq "ortaya çıxıb".

Tağı Əhmədovun telefonu nazirin tələbi əsasında dinlənilib

28 Dekabr 2016 14:28

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi davam etdirilib.

Nadir Qafarzadə: “Sevgilim söyləmə vəfasız mənə” - VİDEO

28 Dekabr 2016 14:23

Müğənni Nadir Qafarzadə repertuarına yeni mahnı daxil edib. Olaylar.az-a açıqlqma verən ifaçı bildirib ki, musiqisi Cahangir Cahangirova, sözləri Süleyman Rüstəmə məxsus “Sevgilim söyləmə vəfasız mənə” adlı mahnı oxuyub: “Bu mahnını xeyli müddət idi ki, oxumaq istəyirdim. Çünki çox bəyəndiyim bir əsərdir. Azərbaycanda bu günə qədər bu mahnıya xeyli sayda müğənni müraciət edib. Hər kəs öz ifası ilə mahnıya rəng qatıb. Amma mən bir az fərqli ifa etmək qərarına gəldim. Düşünürəm ki, pis alınmayıb. Bəlkə bu mahnıya klip də çəkdik. Yeniliklərim bununla bitmir “Xoşbəxt qadın” adlı mahnımı yeni versiyada ifa etmişəm. Yaxın zamanda onu da dinləyicilərin ixtiyarına verəcəyəm”.

Vitse-spiker: “Eldar Mahmudov məsuliyyət daşıyır”

28 Dekabr 2016 14:19

«Hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək». Bunu müsahibəsində «MTN işi» adlandırılan məhkəmə prosesində ciddi faktların üzə çıxması ilə bağlı sualı cavablandırarkən, parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Ter-Petrosyan Ermənistan hakimiyyətinin Qarabağ planını açıqladı: “Özləri gülünc duruma düşüb...”

28 Dekabr 2016 14:17

Ter-Petrosyan iLur.am saytında bu gün dərc edilmiş məqaləsində onun Ermənistan Milli Konqresinin qurultayındakı çıxışına hakimiyyətin və hakimiyyətə yaxın düşərgələrin “isterik, hədələyici və tənqidi reaksiyasının” gözlənilməz olmadığını bildirir.

Müsəlmanlarla yəhudilərin rəqsi

28 Dekabr 2016 14:16

Müsəlman və yəhudilərin Bəhreyində birgə yəhudi bayramı olan hanukanı qeyd etməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Fikrət Məmmədov Oğuzda qəbul keçirəcək

28 Dekabr 2016 14:07

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 30-da Oğuz rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Gürcüstanda 175 məhbus əfv olundu

28 Dekabr 2016 14:04

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 175 məhbusu əfv edib. Məlumata görə, Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, 122 məhbus azadlığa çıxıb, 53 nəfərin cəzası müddəti azaldılıb. Onun sözlərinə görə, siyahıda Gürcüstan vətəndaşları olan azərbaycanlılar, habelə Azərbaycan vətəndaşları var. Z. Koridze əfv olunanların arasında 14 qadının olduğunu bildirib. O, qeyd edib ki, 12 qadın məhbus artıq cəzaçəkmə müəssisəsini tərk edib, daha iki nəfərin cəzası azaldılıb. Apa.az