İŞİD-in 44 terrorçusunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində ötən gün terrorçu İŞİD qruplaşmasının 44 silahlısı məhv edilib. 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi "Fırat kalkanı" ("Fərat qalxanı") anti-terror əməliyyatı nəticəsində ötən gün terrorçu İŞİD qruplaşmasının 44 silahlısı məhv edilib.  Bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya görə, İŞİD-ə məxsus bomba yüklu avtomobilin məhv edilməsi nəticəsində isə 117 terrorçu yaralanıb.

Qeyd edək ki, "Fırat kalkanı" əməliyyatı bu il avqustun 24-də başlayıb. Ötən müddət ərzində Suriyada keçirilən anti-terror əməliyyat nəticəsində Türkiyənin 40 hərbçisi şəhid olub. Bu barədə  "Report" "Anadolu" agentliyinə istinadən məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31