Gündəm

SOCAR-da İran nümayəndə heyəti ilə görüş keçirilib

28 Dekabr 2016 15:13

Dekabrın 28-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dərs müşahidələri aparılır

28 Dekabr 2016 15:12

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council”un birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində dərs müşahidələrinə start verilib.

Şurada “Ailə, qadın və uşaq məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib

28 Dekabr 2016 15:11

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ailə, uşaq məsələləri üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Şuraya “Ailə, qadın və uşaq məsələləri" qrupundan üzv seçilən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri, Şuranın katibi Nərgiz Eyvazova çıxış edərək görüşün təmsil etdiyi qurumun dəstəyi ilə həyata keçirilən layihələrin yekunlarını müzakirə etmək, QHT-lərin qarşılaşdıqları problemlər və onların həlli üçün rəy və təklifləri dinləmək məqsədi ilə keçirildiyini deyib.

Şabranda 3 otaqlı ev yanıb

28 Dekabr 2016 15:09

Şabran rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 72 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kompyuter oyunu salonunu qarət edənlər saxlanıblar

28 Dekabr 2016 15:08

Dekabrın 27-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Azər Həsənova məxsus kompyuter oyunu salonundan pəncərədən girmək yolu ilə 206 manat pul, 4 ədəd televizor, 1 ədəd noutbuk və 4 ədəd “playstation” oyun aparatı oğurlanıb. DİN-dən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Vüsal Məmmədov Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində tutulublar. 

Belarus və Azərbaycan  ikitərəfli münasibətləri fəallaşdırıb

28 Dekabr 2016 15:07

Belarus və Azərbaycan üçün 2016-cı ilin əsas nəticəsi ikitərəfli münasibətlərin fəallaşması olub. Məlumata görə, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda hər iki ölkə bu münasibətlərin daha uzunmüddətli olması üzərində çalışır. Səfir dünya iqtisadiyyatında qeydə alınan böhranın ticarət əlaqələrinə mənfi təsirini və bunun nəticəsində ikitərəfli ticarət dövriyyəsinin azalmasını qeyd edib. Ticarət dövriyyəsi 10 ay ərzində 104 milyon dollar təşkil edib. Səfir deyib: "Bu, ötən illə müqayisədə 50 faizədək azalmadır. Biz 2017-ci ilin yekunlarına əsasən bu səddi azaltmağa çalışacağıq". Trend.az

Hətta artırılmış tariflər qonşu ölkələrdəki tariflərdən bir neçə dəfə aşağıdır

28 Dekabr 2016 15:05

"İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik. Bu, sosial ədalət prinsipidir”.

Qəbələ İdman Klubu bu ilin İdman Klubu seçilib

28 Dekabr 2016 15:02

2016-cı ilin idman yekunlarına dair Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş tədbirdə Qəbələ İdman Klubu mükafatlandırılıb. “OLAYLAR”-ın xəbərinə görə, idman yarışlarının yüksək səvviyyədə təşkili və keçirilməsi, Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, ölkəmizdə klub futbolunun inkişafında oynadığı önəmli rol, digər idman uğurları Qəbələ İdman Klubunun 2016-cı ilin İdman Klubu seçilməsinə səbəb olub.

Meyitdən orqan köçürülməsinə başlanılacaq

28 Dekabr 2016 14:57

“Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə meyitdən orqan köçürülməsinə təkan verəcək, respublikada meyitdən orqan köçürülməsi həyata keçiriləcək”.

Əqli oğurluq, erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi

28 Dekabr 2016 14:55

Tarixən özgə mədəniyyəti, folkloru və adət-ənənlərinin oğurluğu ilə məşğul olan ermənilər hələ də bu iddiadan çəkinmək niyyətində olmadıqlarını nümayiş etdirilər. Xəbis xislətlərini büruzə verərək xam xəyala düşən ermənilər az qala dünyaya sübut etməyə çalışırlar ki, bəşəri mədəniyyətin kökündə “erməni mədəniyyəti” dayanır. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, məntiqə sığışmayan aşağıdakı uydurmalar da heç kəsə gülməli gəlməsin

Minsk qrupunun fəaliyyətsizliyi

28 Dekabr 2016 14:53

Təəssüflər olsun ki, 2016-cı ili də Dağlıq Qarabağ problemi həlli olunmadan başa vurduq. İl ərzində problemin həlli istiqamətində əlverişli situasiya yetişsə də, lakin münaqişənin həlli funksiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsiziyi, işğala məruz qalan tıərəflə işğalçı arasında fərq qoymaması, ən əsası işğalçı Ermənistanın maraqlarına xiodmət edən mövqe nümayiş etdirməsi cari illə bağlı olan ümidləri də boşa çıxardı. Təsadüfi deyil ki, artıq Azərbaycan cəmiyyətində hər kəs Dağlıq Qarabağ probleminin həll edilməməsinin başlıca günahını məhz ATƏT-in Minsk qrupunda görür.

İŞİD və PKK-nı kimlər dəstəkləyir

28 Dekabr 2016 14:52

Suriyanın gələcək taleyi və ona nəzarət etmək uğrunda böyük güclərin mübarizəsi davam edir. Əsasən Qərb və Rusiya arasında gedən bu mübarizədə hələlik hər iki tərəf bərabər güc və potensialda görünür. Ancaq hazırda müşahidə edilən situasiya ondan ibarətdir ki, Qərb Rusiya amilinə qalib gəlmək üçün ən çirkin məqsədlərdən belə yararlanmağı özünə borc biliir.

“Bu, yaramazlıqdır”

28 Dekabr 2016 14:50

Milli Məclisin deputatı Astan Şahverdiyevin böyük ictimai rezonansa səbəb olan açıqlaması gündəmi zəbt etməkdədir. Deputatın etikadan kənar ifadəsi ictimai narazılığa səbəb olub. Xatırladaq ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər icazəsiz etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərədək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib.

Gələn il maliyyə sektorunu nələr gözləyir?

28 Dekabr 2016 14:48

Geridə qoymağa hazırlaşdığımız il ölkəmizin maliyyə sektoru üçün çox ağır bir il oldu. Dünya iqtisadiyyatında baş verən geriləmələr Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Manat dəyərini kəskin itirdi, bir tərəfdən problemli kreditlər, başqa tərəfdən əmanətlərin geri çəkilməsi bankların müflisləməsinə gətirib çıxardı. Bu səbəbdən bir ildə 10-dan çox bank bu sektoru tərk etməli oldu, xeyli sayda şirkət fəaliyyətini dayandırdı. Artıq ili başa vurmağımıza sayılı günlər qalıb. Hazırda hər kəsi düşündürən məqam mövcud çatışmazlığın gələn ildə də davam edib-etməyəcəyidir. Maraqlıdır, 2017-ci ildə ölkənin maliyyə  sektorunu nələr gözləyir?

Ermənistan İranla əməkdaşlıqdan maksimum faydalanmağa çalışır

28 Dekabr 2016 14:47

Tehran Azərbaycan-İsrail münasibətlərinə ciddi etiraz jesti olaraq işğalçı Ermənistanla əlaqələrini bir qədər də inkişaf etdirmək niyyətini ortaya qoyarkən Azərbaycandan bu qədər əks reaksiya ilə qarşılaşacağını bəlkə də təxmin etməmişdi. Çünki İran rəsmiləri əvvəllərdə işğalçı ölkəyə səfər edərək Ermənistanıa müxtəlif sahələrdə əməkdaşlıq sənədi imzalamışdılar.