Minsk qrupunun fəaliyyətsizliyi

Təəssüflər olsun ki, 2016-cı ili də Dağlıq Qarabağ problemi həlli olunmadan başa vurduq. İl ərzində problemin həlli istiqamətində əlverişli situasiya yetişsə də, lakin münaqişənin həlli funksiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsiziyi, işğala məruz qalan tıərəflə işğalçı arasında fərq qoymaması, ən əsası işğalçı Ermənistanın maraqlarına xiodmət edən mövqe nümayiş etdirməsi cari illə bağlı olan ümidləri də boşa çıxardı. Təsadüfi deyil ki, artıq Azərbaycan cəmiyyətində hər kəs Dağlıq Qarabağ probleminin həll edilməməsinin başlıca günahını məhz ATƏT-in Minsk qrupunda görür.

Və ya Azərbaycanın maraqları əleyhinə yönəlmiş siyasət

Təəssüflər olsun ki, 2016-cı ili də Dağlıq Qarabağ problemi həlli olunmadan başa vurduq. İl ərzində problemin həlli istiqamətində əlverişli situasiya yetişsə də, lakin münaqişənin həlli funksiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsiziyi, işğala məruz qalan tıərəflə işğalçı arasında fərq qoymaması, ən əsası işğalçı Ermənistanın maraqlarına xiodmət edən mövqe nümayiş etdirməsi cari illə bağlı olan ümidləri də boşa çıxardı. Təsadüfi deyil ki, artıq Azərbaycan cəmiyyətində hər kəs Dağlıq Qarabağ probleminin həll edilməməsinin başlıca günahını məhz ATƏT-in Minsk qrupunda görür.

Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağda yaşayan ermənilərin milli müqəddaratlarının həllinl nəzərə alan sülh yolu ilə həll edilməli olduğunu göstərirlər ki, bu iki prinsip əslində biri-biri9nə ziddir və biri digərini qəbul etmir: "Onda bəs nə üçün 23 ildir bu barışmaz prinsiplər ortaya atılıb. Şübhəsiz bu təklif əslində Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana vermək və dünyanı çaş-baş salıb bu hərəkətlərinə hüquqi don geyindirməyə xidmət edir". Ekspert onu da bildirib ki, Azərbaycan dövləti hərdən qeyri-rəsmi olaraq bu təklifə etiraz etsə də,.ancaq hələ indiyə qədər Minsk qrupunun bu riyakarlığını ifşa edən heç bir bəyanat verilməyib: "ATƏT-in Minsk qrupunun bu təklifinin beynəlxalq hüquqa tam zidd olduğu və əslində Ermənistanın marağı üçün birtərəfli qaydada irəli sürüldüyü ifşa edilməlidir. Belə ki, dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquq normalarında bir prinsip kimi qəbul edilib, Bu gün də həmin prinsip öz qüvvəsindədir. Bu prinsipə bütün dövlətlər tərəfindən demək olar ki hörmət olunur. Milli müqəddaratın həll edilməsi də beynəlxalq hüquqda bir prinsip kimi qəbul edilsə də, ancaq bu prinsipin tətbiq edildiyi hallar tamamilə başqadır. Belə ki, bu prinsip ötən əsrin ortalarında qəbul edilib və əsasən də ötən əsrin 60-cı illərində kütləvi surətdə müstəmləkəçilikdən azad olunan Afrika, Ərəbistan və bəzi Şərq dövlətlərinə, xalqlarına tətbiq olunmaq üçün nəzərdə tutulub. Yəni mlli müqəddaratın həlli prinsipi vaxtı ilə öz dövləti olan,.ancaq sonradan böyük dövlətlərin işğalına məruz qalıb müstəmləkə şəklinə düşmüş dövlət və xalqların azadlıq mübarizəsi, yaxud imperializmin zəifləməsi sonucunda azad olan dövlət və xalqlara tətbiq olunmaq üçün nəzərdə tutulurdu. Artıq XX əsrin ikinci yarısından demək olar ki, müstəmləkəçilik ləğv olunaraq çox az halda, pərdələnmiş şəkillərdə qalıb İndiki Rusiya, İranda olduğu kimi. Odur ki, bu milli müqəddarat prinsipi öz missiyasını başa vurmuş kimi sayıla bilər. Onun əvəzini isə milli azlıqların hüquqlarını müdafiə prinsipi tutub. Və çox uğurlu da oldu. Belə ki, tərkibində ən azından bir neçə azsaylı xalq olmayan ölkə yoxdur. Məsələn elə Azərbaycanda aparıcı etnos Türklər olsa da, ancaq onlarla azsaylı

xalqlar da ölkəmizdə yaşayır və onların hüquqları həm hüquqi cəhətdən, həm də mənəvi, iqtisadi,.sosial cəhətdən çox mükəmməl şəkildə qorunur". Rövşən Məmmədli bildirib ki, Avropanın göbəyində yerləşən Almaniya, İngiltərə, Fransa, İtaliya və digər dövlətlərdə də azsaylı xalqlar yaşayırlar və onların hüquqları qorunur: "Ancaq bir hala da diqqət yetirmək lazımdır. Biliririk ki, ermənilər Dağlıq Qarabağa,.eləcə də Ermənistana 150-200 ildir Rusya imperiyasının maraqları səbəbindən köçürülüblər. Üstəgəl elə Rusiyanın dəstəyi ilə ermənilər Azərbaycanın böyük bir ərazisində öz milli müqəddaratlarını həll edərək özlərinə dövlət qurublar. Qarabağa gələn ermənilər də heç zaman bizim müstəmləkəmiz olmayıblar. Sadəcə olaraq gəlib içimizdə yaşayıblar. Belə olan halda Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan torpaqları hesabına öz milli müqəddaratlarını həll etməsinin heç bir hüquqi və mənəvi əsası yoxdur. Odur ki,bu riyakar cəhd Azərbaycan dövlətinin və xalqının hüquqlarına qarşı Minsk qrupunun bir həqarətidir. Azərbaycan dövlətinə basqı edib,ona öz alçaq niyyətlərini sırımaq cəhdidir. Odur ki, daha çox vaxt itirmədən, Azərbaycan dövləti Qarabağla bağlı apardığı qətiyyətli mövqe ilə beynəlxalq aləmə çıxmalı və Minsk qrupu tərəfindən pozulan hüquqlarını müdafiə etməlidir .Bunun üçünsə birinci addım kimi elə o Minsk qrupunun riyakar sülhyaratma xidmətindən imtina edilməlidir ki, Azərbaycanın torpaqlarını hüquqi don adı altında alıb Ermənistana verməsinin qarşısı alınsın". Ekspert qeyd edib ki, Dağlıq Qarabağla bağlı məsələ BMTTəhlükəsizlik Şurasına çıxarılmalı və bundan sonra ərazilərimizi işğaldan azad etmək üçün təcavüzkara qarşı ədalətli müharibəyə başlamalıyıq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31