İŞİD və PKK-nı kimlər dəstəkləyir

Suriyanın gələcək taleyi və ona nəzarət etmək uğrunda böyük güclərin mübarizəsi davam edir. Əsasən Qərb və Rusiya arasında gedən bu mübarizədə hələlik hər iki tərəf bərabər güc və potensialda görünür. Ancaq hazırda müşahidə edilən situasiya ondan ibarətdir ki, Qərb Rusiya amilinə qalib gəlmək üçün ən çirkin məqsədlərdən belə yararlanmağı özünə borc biliir.

Türkiyə Qərbin iç üzünü açır

Suriyanın gələcək taleyi və ona nəzarət etmək uğrunda böyük güclərin mübarizəsi davam edir. Əsasən Qərb və Rusiya arasında gedən bu mübarizədə hələlik hər iki tərəf bərabər güc və potensialda görünür. Ancaq hazırda müşahidə edilən situasiya ondan ibarətdir ki, Qərb Rusiya amilinə qalib gəlmək üçün ən çirkin məqsədlərdən belə yararlanmağı özünə borc biliir. Belə ki, Suriyada gedən döyüşlərdə Rusiyanın Əsəd qüvvələrinə dəstək verərək müxalifətin, eləcə də İŞİD terror təşkilatının nəzarətində olan bir neçə yaşayış məntəqəsini azad etməsi ilə barışmayan Qərb və Birləşmiş Ştatların sözügedən terror təşkilatına hərbi dəstək veridyi iddia olunur. Bir qədər də konkretləşdirsək, artıq deyilənlər bir iddia deyil, reallığı əks etdirir. Təkcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, 3 aydan artıq İŞİD terror təşkilatına qarşı davam edən "Fərat Qalxanı" hərbi əməliyyatları çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin beynəlxalq antiterror koalisiyasından yetərli dəstək almaması bunun əyani sübutu sayıla bilər. Məlumat üçün qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" hərbi əməliyyatları çərçivəsində İŞİD terror təşkilatının nəzarəti altında olan Əl Baba doğru uğurla irəliləyir. Təkcə Əl Bab istiqamətində gedən döyüşlər nəticəsində 13 İŞİD terrorçusu öldürülüb, eləcə də terror təşkilatının istehkamları darmadağın edilib. Əməliyyatlar çərçivəsində top mərmiləri və ağır arteliriyanın köməyi ilə İŞİD mövqelərinə zərbələr endirilib. Ancaq maraqlısı odur ki, Türkiyə Silahlı Qüvvələrinin güclü təzyiqləri ilə üzləşən terror təşkilatı son iki gün ərzində nəinki özünü müdafiə edərək geri çəkilməyə, hətta dirəniş göstərməyə, itirilmiş mövqelərini bərpa etməyə çalışıb. İŞİD-in bu addımı bir daha terror təşkilatına Qərb və Birləşmiş Ştatların dəstək nümayiş etdirdiyi reallığını ortaya qoyub. Elə bu səbəbdəndir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl Bab bölgəsində İŞİD-ə qarşı aparılan hərbi əməliyyatların dayandırıldığını bəyan edib. Əsas səbəb isə heç şübhəsiz ki, İŞİD terror təşkilatına Qərbin verdiyi dəstəkdir. Təsadüfi deyil ki, artıq belə bir fikirlər Türkiyənin bir nömrəli rəsmiləri tərəfindən də səsləndirilir. Belə ki, Qvineya prezidenti Alfa Kond ilə keçirdiyi mətbuat konfransında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qərb və Birləşmiş Ştatları, eləcə də beynəlxalq antiterror koalisiyasını İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinə dəstək verməməkdə günahlandırıb. Hətta Türkiyə prezidenti tam əksi olaraq beynəlxalq koalisiyanın İŞİD terror təşkilatı və PYD-ni dəstəklədiyini iddia edib. Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, hətta beynəlxalq antiterror koalisiyasının İŞİD terror təşkilatı və PYD-yə verdiyi dəstəyin şəkil və video qeydləri də var: "Koalisiya qüvvələri verdikləri sözləri tutmurlar. Onların verdikləri söz fərqli idi, amma hazırda fərqli hərəkət edirlər. Koalisiya qüvvələrinin əvvəlcədən söylədikləri bu idi ki, İŞİD terror təşkilatına qarşı aparılan bütün mübarizəyə sona qədər dəstək veriləcək. Hətta bizi də İŞİD terror təşkilatına dəstək verməkdə günahlandırırdılar. İndi hərf şey ortadadır. Tam əksinə. Terror təşkilatı İŞİD -də daxil olmaqla PYD / YPG-ya dəstək verirlər".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərbin iç üzünü açaraq beynəlxalq koalisiyanın İŞİD və PYD-yə dəstək verməsini söyləməsi qardaş ölkədə Qərb əleyhidarlarının bir qədər də artmasına səbəb olub. Əgər məlum 15 iyul hərbi çevriliş cəhdindən sonra yalnız Birləşmiş Ştatlar türklər üçün arzuedilməz ölkə sayılırdısa, indi ümumilikdə Türkiyədə Qərbə qarşı nifrət hissi formalaşır. Təsadüfi deyil ki, daxili işlər naziri Süleyman Soylu da bunu dolayısıyıa etiraf edib. O, bildirib ki, Türkiyədə Qərb əleyhidarlarının sayının artması və Ankaranın nin istiqamətini Qərbdən Şərqə doğru çeirməsinin başlıca səbəbkarı Qərbin özüdür. Çünki Qərb hər zaman Türkiyənin yaxşı niyyətindən sui-istifadə edib6 "Əgər Qərb, Türkiyənin istiqamətini Şərqə çevirdiyini düşünürsə, əvvəlcə bunun səbəbini özündə axtarmalıdır. Avropa Birliyi yarım əsrdir ki, aparılan müzakirələri siyasi şantaj olaraq istifadə edir. Türkiyənin yaxşı niyyəti Qərb tərəfindən yarım əsrdir sui-istifadə edilməkdədir. Qərbin bu səhv mövqe və yanaşması isə terrorun dəyirmanına su sürür. İŞİD, PKK, YPG, KCK kimi terror təşkilatları yalnız Türkiyənin dərdi deyil. Terror hər kəsin dərdidir".

Göründüyü kimi, artıq Qərbin iç üzü açılmaqdadır. Hər zaman haqq-ədalət tərəfində deyil, haqsızlıq, ədalətsizlik tərəfində olan Qərb Suriya olayları çərçivəsində bu mövqeyini yenə açıq şəkildə sərgilədi.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31