Gündəm

"Astan Şahverdiyevin səhvinə görə ailə üzvləri..." - Bəxtiyar Hacıyev NÖMRƏLƏRİ NİYƏ YAYIB?

28 Dekabr 2016 15:55

“Əgər bu gün onun ailə üzvlərindən kiməsə xoşagəlməz mesajlar gəlibsə, bunun birinci növbədə məsuliyyəti 48 saat ərzində xalqına qarşı işlətdiyi aşağılayıcı, təhqiredici ifadələrə görə üzr istəməyən Astan Şahverdiyevin üzərinə düşüb”.

Medvedev Azərbaycanla turizm sahəsində əməkdaşlıq sazişini təsdiq edib

28 Dekabr 2016 15:51

Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Nazirlər Kabinetinin xarici qrantlarla bağlı qəbul etdiyi yeni qayda özünü doğrultmur

28 Dekabr 2016 15:43

“Bu gün elmdə əsas problemlərdən biri çöl-tədqiqat işlərinin aparılması, digəri isə beynəlxalq, xarici qrant layihələrin ilə bağlıdır”. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib ki, Nazirlər Kabineti çöl-tədqiqat, ekspedisiya işləri üçün ödənişlər haqqında yeni qaydalar hazırlayıb. Onun sözlərinə görə, təsdiq olunmuş yeni qaydalara əsasən, çöldə tədqiqat işlərini aparmaq üçün elmi işçiyə 10 manat pul verilir: “Əlavə maşın tutulubsa, sürücüyə yanacağı da özündən olmaq şərti ilə yenidən 10 manat verilir. Bu gün kim 10 manata bütün günü çöldə işləyər? Hansı sürücü öz maşını və yanacağı ilə birlikdə bütün gününü çöl işlərinə sərf edər? Gələcəkdə bu sahədə işlərin uğurlu olması üçün maliyyə məsələlərinə yenidən baxılmalıdır. Bununla bağlı müvafiq təkliflər edərək dəyişikliklərin edilməsinə ehtiyac var”.

Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil

28 Dekabr 2016 15:44

“Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil”. Məlumata görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.

Akif Çovdarov: "Tağı Əhmədov adama heç 3 manat verməz"

28 Dekabr 2016 15:39

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Azərbaycanda internet niyə iflic olub?

28 Dekabr 2016 15:37

Son günlərdə Azərbaycanda internetin keyfiyyəti hiss olunacaq dərəcədə pisliyə doğru dəyişib. Həmçinin bəzi milli internet resurslara girişlə bağlı problemlər yaranıb. Son bir neçə gündə isə hətta İT sahəsindən yazan bloqçular, biznes, elm - təhsil yönümlü sayt sahibləri bəzi provayderlər üzərindən resursların açılmasında problemlərlə üzləşdiyini bildirirlər. Həmçinin sosial mediada mərc oyunları ilə bağlı bəzi beynəlxalq resurslara girşlərdə məhdudiyyətlərin olması ilə bağlı müzakirələr gedir. Görünən budur ki, bütün bu məhdudiyyətlər pərakəndə halda baş verir. Bəzi resurslar bir neçə provayderlərdə normal işləyir, digərlərində isə giriş bloklanıb.

Beyin içkiyə belə reaksiya verir - VİDEO

28 Dekabr 2016 15:32

Spirtli içkinin qəbulu zamanı beyin buna necə reaksiya verir? YouTube-dakı populyar "Reactions" kanalı bu suala cavab tapmağa çalışıb. Videoda insan beyninin alkoqola reaksiyası göstərilib. Alkoqolun tərkibindəki etanol insan beynində dofaminin ayrılmasını stimullaşdıran biokimyəvi reaksiyalar zərcirini işə salır. Dofamin beyində "mükafat" sisteminin bir hissəsi olan hormondur. Spirtli içki qəbulu zamanı insan orqanizmində tənəffüs amplitudu və temperatur da dəyişir. Milli.az

İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib

28 Dekabr 2016 15:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanı qəbul edib.  AZƏRTAC

Trampın andiçmə mərasimi zamanı ara qarışa bilər

28 Dekabr 2016 15:27

ABŞ-ın xüsusi xidmət orqanları və polisi Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminin təhlükəsizliyini təmin etməyin müasir tarixdə ən mürəkkəb əməliyyat ola biləcəyini hesab edir.

Təcili yardım bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

28 Dekabr 2016 15:25

Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyanın baş həkimin müavini Murad Mirzəzadə  bildirib ki, bayram və istirahət günlərində təcili yardıma müraciət edən insanların çox olduğunu nəzərə alaraq 138 briqadanın hər biri işdə olacaq: “Gücləndirilmiş iş rejimi zamanı bütün briqadalar, heyət  tam şəkildə fəaliyyət göstərəcək. Bununla yanaşı bütün məsul şəxslər, rəhbərlik heyəti də növbətçiliyə əsasən işləyəcəklər”.

Rusiyada həbs olunan qadın azadlığa buraxıb

28 Dekabr 2016 15:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Xatirə Həsənovanın cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. X. Həsənovanın cəzasının çox hissəsini çəkdiyi nəzərə alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

İlham Əliyev: “Vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi”

28 Dekabr 2016 15:22

“ASAN viza”nın yaradılması əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın”.

Rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq mümkündür

28 Dekabr 2016 15:21

“Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir”.

Aktyorun keçmiş xanımı gecə saat 4-də başqa kişi ilə "tutuldu"- FOTO

28 Dekabr 2016 15:17

Türkiyənin məşhur komediya ustası Cem Yılmazın keçmiş xanımı Ahu Yağtu ötən gecə "Paramparça" serialındakı həmkarı Ayhan Bozkurt ilə birlikdə görüntülənib.

Qızıl ehtiyatları 3,5 illik minimuma enib

28 Dekabr 2016 15:15

Türkiyənin qızıl ehtiyatları 2016-cı ildə 137 ton və ya 26,6% azalaraq 378 tona geriləyib.