Rusiyada həbs olunan qadın azadlığa buraxıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Xatirə Həsənovanın cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. X. Həsənovanın cəzasının çox hissəsini çəkdiyi nəzərə alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, X. Həsənova Rusiyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilərək həbs olunub və ona 7 illik cəza təyin edilib. X. Həsənova sonradan Azərbaycan ekstradisiya olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31