Trampın andiçmə mərasimi zamanı ara qarışa bilər

ABŞ-ın xüsusi xidmət orqanları və polisi Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminin təhlükəsizliyini təmin etməyin müasir tarixdə ən mürəkkəb əməliyyat ola biləcəyini hesab edir.

ABŞ-ın xüsusi xidmət orqanları və polisi Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminin təhlükəsizliyini təmin etməyin müasir tarixdə ən mürəkkəb əməliyyat ola biləcəyini hesab edir. Hazırda müvafiq hüquq-mühafizə orqanları D.Trampın tərəfdarları və ABŞ-dakı prezident seçkilərinin nəticəsindən narazı qalanlar arasında mümkün toqquşmaların qarşısını almaq üçün gücləndirilmiş şəkildə hazırlıq keçir.

Nəşr mənbəsinə istinadən yazıb ki, D.Trampın andiçməsi zamanı Vaşinqtona təxminən bir milyona yaxın tərəfdarı gələcək və elə həmin gün paytaxt küçələrində yeni seçilmiş prezidentin bəyan edilmiş siyasətinə qarşı kütləvi nümayişlər keçiriləcəyi gözlənilir. "Təhlükəsizliyin təmin edilməsi baxımından qarşıdakı andiçmə mərasimindən daha çətin hadisə təsəvvür edə bilmirəm", - deyə ABŞ-ın keçmiş milli təhlükəsizlik naziri Maykl Çertoffa bildirib.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidentinin andiçmə mərasimi 2017-ci ilin yanvarın 20-də Kapitolidə, Konqres binasında keçiriləcək. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31